Şrift:
Xətai Sənət Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə sərgi açılacaq
15.01.2020 [05:21] - Mədəniyyət
Bakı Xətai Sənət Mərkəzində “Azadlıq aşiqləri günü-20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq. Yanvarın 17-də reallaşacaq sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşəcək.
Qaliblər diplomlarla təltif ediləcək. Müsabiqəyə respublikanın müxtəlif guşələrindən 400-ə yaxın uşaq, 600-ə qədər əsəri ilə virtual qaydada qatılıb. 210 uşağın hər birindən bir əsər olmaqla sərgilənmək üçün dəvət olunub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 113 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed