Şrift:
Qadın voleybolçularımız 2021-ci ildə Avropa çempionatının finalında iştirak edəcək
15.01.2020 [05:37] - İdman
Avropa Voleybol Konfederasiyası 2021-ci ildə qadınlar və kişilər arasında keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək komandaların adlarını
Azərbaycan Voleybol Federasiyası xəbər verir ki, qadın voleybolçular arasında çempionatın final mərhələsində Azərbaycan ilə yanaşı, Serbiya, Bolqarıstan, Xorvatiya, Rumıniya (ev sahibləri), Türkiyə, İtaliya, Polşa, Niderland, Almaniya, Rusiya və Belçika komandaları iştirak edəcəklər.
Kişi voleybolçular arasında final yarışında Polşa, Çexiya, Finlandiya, Estoniya (ev sahibləri), Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya və Belçika güclərini sınayacaqlar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 87 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed