Şrift:
Qocaman Olimpiya çempionunun 99 yaşı tamam olur
15.01.2020 [05:39] - İdman
Beşqat Olimpiya çempionu Aqneş Keleti özünün 99-cu ad gününü qeyd edib.
A.Keletinin adı idman tarixinə uğurlu macar gimnastı və Yay Olimpiya Oyunları tarixində hazırda sağ-salamat olan qızıl medal mükafatçısı kimi həkk edilib.
Aqneş Keleti 1921-ci il yanvarın 12-də anadan olub. O, həmçinin Holokostu görmüş ən qocaman idmançı qadın hesab edilir. Keleti idman gimnastikası üzrə 10 medal, o cümlədən 1952-ci ilin Helsinki və 1956-cı ilin Melburn olimpiadalarında 5 qızıl medal qazanıb. Onun Macarıstanın qılıncoynatma və yüngül atletika klublarında çıxışları da uğurlu idmançı, 1939-cu ildə ölkənin milli komandasına düşməzdən əvvəl Milli Gimnastika Assosiasiyasının heyətində çıxış edib. 1940-cı ildə Keleti ilk dəfə Macarıstan çempionu titulunu qazanıb, lakin yəhudi mənşəli olduğuna görə elə həmin il onun idmanla məşğul olmasına qadağa qoyulub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 391 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed