Şrift:
İlham Əliyev: Keçən il bir çox silahlar, sursatlar, hərbi texnika Azərbaycanda istehsal olunmuşdur
15.01.2020 [05:58] - Hərb
Bizim hərbi potensialımız da möhkəmləndi. Keçən il bir çox silahlar, sursatlar, hərbi texnika alınmışdır və Azərbaycanda istehsal olunmuşdur. Təsadüfi deyil ki, Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə deyib. Dövlətimizin başçısı keçən il əldə edilmiş nəticələrin, o cümlədən hərbi şəhərciklərin tikilməsinin, təmirinin, yeni müasir texnika ilə təchizat məsələlərinin həllinin hərbi gücümüzü daha da artırdığını bildirib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 112 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed