Şrift:
İran inqilab keşikçiləri “ Sepah” və Azərbaycan məsələsi-Elçin Hatəmi
17.09.2012 [12:44] - Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
İslam inqilabının ixracı və uğursuzluq

Sovet ittifaqı dağıldıqdan sonra Azərbaycan ölkəsi və Azərbaycan Türkləri İran hakimiyyətinin təhlükesizlik planında yerləştirildi. İran Azərbaycan respublikasında nüfuzunu artırmaq üçün başqa ölkələrlə xüsusən qərb ölkələrilə və Türkiyə ile rəqabətə geçmişdi. İran hakimiyyətinin fikricə Azərbaycanın nüfusunun əksəriyətini şiə məzhəbinə mənsub olan insanlar təşkil etdiyi üçün islam inqilabının ixracı burda rahatcasına baş tuta bilərdi. İran istəyirdi Azərbaycanda elə bir hakimiyyət iş üstünə gəlsinki tamamilə itaətkar və İranın nəzarəti altında ölkəni idarə etsin ama Azərbaycanda millətçi və laik hökümətlərin yaranması İranın bütün çəkdiyi planları pozdu. Bu hakimiyyətlər azad bazar iqtisadıyatının və başqa ölkələrlə xüsusilə qərblə və Türkiyə ilə yaxın münasibətdə olmağın və dostluq sağlanılmasının tərəfdarıydılar və buda İran üçün xoşa gəlinməz bir vəziyətidi. Çünkü İslam inqilabının ixracına mane olurdu.

İranda siyasi otoritə inqilab keşikçiləri təşkilatının yəni Sepahın və mollaların ənənəvi və ideologıyaya dayanan ittifaqından təşkil olunur və bu iki qüvvə indiyə kimi dərin iki tərəfli əlaqədə olublar və birbirini dəstəkləyiblər. Ayətulla Xumeyni və tərəfdarlarının İranda höküməti zorla və başqa siyasi quruplarla qanlı hesablaşma nəticəsində ələ keçirdiyi andan yəni İran islam respublikası yarandıqı bir gündən Sepah bir hərbi ideolojik təşkilat olaraq ölkənin iqtisadi, siyasi, icitmai və mədəni sahələrinin əksəriyətini ələ keçiribdir. Hal hazırda demək olar bütün hökümet orqanlarına hakim olub, onların fəaliyətinə nəzarət edir. Mahmud Əhmədinəjad müəmmalı şəkildə 2005 ilində prizdent olduqu andan Sepaha mənsub olan şəxslər İran ali dini lideri Ayətulla Əli Xaməneinin yardımı və himayəsi ilə dövlət idarəlırinin və hökümət dairələrinin bir çox mühüm məqamlarını ələ keçiriblər. İranbriefing internet saytının verdiyi istatistikaya istinadən hal-hazırda Prizdent və nazirlər kabinetinin 13 naziri Sepah yetkililərindən ibarətdir və prizdentin mavinlərinin hamısı Sepaha yaxın şəxslər və bu təşkilatın siyasətlərini dəstək verənlərdilər. İranın hazırkı parlamentindəki deputatların 56 faizi və hətta parlament başçısı hərbi və təhlükəsizlik qüvvələrə bağlı olan fərdlərdilər və digər qısmı zahirdə müsteqil deptutatlardan və mollalardan təşkil olunur. Mollalar və müstəqillər də Sepahın alətləridilər, bunlarda Sepahın planlarını və pragramlarını müdafiə edillər və bir çox məsələrdə Sepah və Ettelaat yetkililərilə əməkdaşlıqa girillər və onlarla həmkarlıq edillər.

Azərbaycanda daxili gərginlik yaratmaq

Sepah müstəqil Azərbaycan ölkəsini zəiflətmək üçün müxtəlif taktikalardan və programlardan istifadə edir. Bu taktikaların ən əhəmiyətlilərinə aşağıdakı bəndlərdə işarə olunur:

1. Sepah Azərbaycan dövlətinə qarşı olan müxalif qurupları və güvvələrə xüsusilə islam partıyasına maddi və mənəvi yardım edir və onları hökümətin əleyhinə silahlandırır. Dinçi şəxsləri Azərbaycanın daxilində iğtişaş yaratmaq üçün təhrik edir. İslamçı terrorçı qüvvələrə terror əməliyatları barədə təlim verir və istəyir bu teroristlərdən Azərbaycan topraqlarında qərb ölkələrinin xüsusilə ABŞ və İsaril dövlətlərinin mövqeylərinə və maraqlarına qarşı terror aktı və təxribat törətmək üçün istifadə etsin. Son neçə ay ərzində yaxalanan teroristlər və onların Sepahla əməkdaşlıqı bu məsələnin açıq göstərgəsidir.

2. Azərbaycanın daxilində ümumi sabitliyi pozmaq üçün, Sepaha və Ettelaata bağlı olan narkotik qaçaqmalçılar narkotik maddələri və müxtəlif silahları Azərbaycana geçirir və onları əhalinin xüsusən gənclərin içinde yayır. Əldə edilən məlumatlara istinadən bu qaçaqmalçıların bir çoxu İrana departasıya edildikdən sonra İran hakimiyyəti tərəfindən əfv edilib, sərbəst buraxılıblar, halbuki İran höküməti ölkə daxilində yaxaladıqı narkotik qaçaqmalçılarını ağır cəzalandırır və bir çoxu edam cəzasıla qarşılaşır.

3. Azərbaycandan gəncləri xüsusilə dinçi təbəqəyə bağlı olan şəxsləri dini məktəblərdə oxudub və onlara maddi yardım göstərir və bunlar oxuduqdan sonra mollalıq dərəcəsilə Azərbaycna dönüb və sepahın ideologiyasını və şəriət qanunlarını xalq arasında, məçidlərdə təbliğ edillər. Bu mollalar şəriətin xürafi fikirlərini xalq içində tərvic edillər. Misal üçün xalqı terror yolula ABŞ və İsrailə qarşı cəhada dəvət edillər və mezheblərin tərəfdarları arasında ixtilafa səbəb olullar.

4. Bakı şəhər mərkəzinde İran hakimiyyətinin kitabxanası var və bu kitabxandakı kitablar xalq içində ucuz qimətə dağıdılır və bu yolla İran hökümətinin radikal şiəçi fikirlərini xalq içində rəvac verillər. Azərbaycan Türkcə sində bir səhər kanlı adlı televiziya kanalı İran hakimiyyəti tərəfindən yaradılıbdı və bu telekanal vasitəsilə İran Azərbaycanda xalqı hökümət əleyhinə təhrik etməyə cəhd göstərir. Səhər kanalı Azərbaycanda radikal şiəçilərin tribunudur və onların mövqeyi və hədəfləri barədə verliş yayır. Salamnews, islamnews adlı internet saytlarıda iran tərəfindən maliyələşir.

5. İran qızılaypara cəmiyəti, imdad komitəsi, şəhidlər fondu və İran mədəniyət mərkəzi Azərbaycanda fəaliyət göstərillər. Bu organlar Sepahın və Ettelaatın yuvasına çevriliblər, xalqın yoxsul təbəqəsinə cüzi şəkildə humanitar yardım göstərməklə İran hakimiyyətinin simasını humanist olaraq xalq arasında cilvə verillər və bu yolla Azərbaycanın daxilindən gizli infarmasıya toplayıb Sepahın və təhlükəsizlik organlarının ixtiyarında qoyullar və Azərbaycan dövlətinə qarşı casus bəsləyillər. Bu məsələnin əsil səbəbkarı Azərbaycan hakimiyyətidi. Çünkü bu orqanların Azərbaycan daxilində fəaliyətinə icazə verir, bu hakimiyyətin iqtisadi və icitmai ayriseçgiliyi və ədalətsizliyi səbəbilə bir çoxları İranın alətinə çevrilir. Əgər əhalinin məişət vəziyəti yaxşılaşdırılırsa, ümumi yoxsulluq aradan qaldırılırsa o zaman İranın əhalinin bu ağır şərayitindən öz xeyrinə suistifadə etməsi və Azərbaycana qarşı fəaliyətinin o qədər təsiri olmayacaqdır.

6. İran hakimiyyəti 2 ölkəyə səfər edən vətəndaşlara şübhə ilə yanaşır və onlara hakimiyyətin hərbi və təlükəsizlik orqanlarında casus gözündə baxılır. Son zamanlar iki Azerbaycanlı şairlerinin tutulub hebsə atılması və Sepahın və Ettelaatın məmurları tərəfindən işkəncə edilməsi bu məsələnin açıq aşkar nümunəsidir.

7. Sepahın kiber qurupları Azərbaycan dövlətinin və bu ölkədə bir çox İranla müxalif olan qurupların internet saytlarına qarşı fəaliyət göstərməkdədilər. Azərbaycan dövlət televizyasının və Azərbaycan hava yollarıınn internet saytı bir neçə müddət öncə Sepaha bağlı olan hakerlər tərəfindən hək edilmişdi.

8. İran hakimiyyəti və onun keşikçisi olan Sepah Azərbaycanın düşməni olan Ermənistan dövlətinə maddi və hərbi yardım edir, xüsusilə işğal olunmuş Azərbaycan topraqlarına yerləşdirilmiş Ermənilər bu yardımlardan daha çox yararlanıllar. Buna qarşılıqlı olaraq Azərbaycan dövlətinin qərblə özəlliklə İsrail və Amerikayla siyasi, iqtisadi və hərbi əməkdaaşılıqlarını müxtəlif yollarla, hədə qorxula, ölkə daxilində qeyri-sabit bir şərayitə zəmin yaratmaqla ənglləməyə çalışır.

İki qardaş arasında düşmənçilik toxumu əkmək

İran da yaşayan Güney Azərbaycan Türkləri ilə əlaqedar Sepahın siyasətlərinin və planlarının mahiyəti bir az fərqlidir. Sepah təşkil olunan andan Azərbaycan Türklərinin mədəniyətinin, tarixinin, dilinin və musiqisinin təxribatçısı kimi meydana qədəm basmışdı. İran islam respublikasının ilk 10 ilində sepah məmurları evlərə basqın edirdilər və Azərbaycan mədəniyeti ilə bağlı matıryalları o cümlədən kitabları, kasetleri, video lentlerini, musiqi alətlərini evlerdən toplayıb məhv edirdilər və bu materialların sahibini islam inqilabına zidd olan bir fərd kimi, Allahın düşməni olaraq ittaham edirdilər və sonra saxta bir məhkəmənin qərarı ilə ağır cəzalandırıdılar. Musiqi alətlərini zorla evlərdən çıxardıb sındırıb yandırıdılar, bir çox musiqiçiləri, aşıqları, ədəbiyatçıları, ziyalıları tutub işkəncə edirdilər və uzun müddətli həbsdə saxlayırdılar və bir çoxuna komonist və anti- islam damğası yapışdırıb edam edirdilər. Azərbaycan kültürünə bir çirkin, mübtəzəl və kafərlərin kültür kimi baxırdılar.

Azərbaycan respublikasının müstəqilyi əldə edildiyi zamandan İranda yaşayan Güney Azərbaycan Türkləridə öz milli mədəni haqlarını qazanmaq üçün, rasist hakimyyət tərəfindən həyata keçirilən neqativ asimilasıya siyasətlərinə qarşı ciddi şəkildə mübarizəni davam etməyə başladılar və öz müqəddəratını təyin etmə hüququnu qazanmaq üçün cəmiyət içində maraqlar artdı və bunun üçün xalq arasında milli mütivasıya və milli düşüncə, güclenməyə başladı. Azərbaycan Türklərində İran rejiminə qarşı milli mübarizə ruhunun yüksəlişi rejimin milli hərəkəti məhv etmək və yaxud onu zəiflətmək üçün yeni metodlara can atmaqa və yeni planlar qurmağa məcbur etdi. Bu planlar əsasında indiyə kimi, Sepah və ona bağlı olan media, milli hərəkəti və onun hədəflərini ırqçı, faşisti və ölkə ərazi bütövlüyünə zərər verici bir hərəkət kimi dəyərləndiribdi və bu şəkildə xalq içində hərəkətə qarşı təxribat aparıbdır. Güney Azərbaycanın milli və mədəni fəallarını Amerikaya, israilə, müstəqil Azərbaycan dövlətinə və Türkiyəyə bağlamağa çalışıbdır. Sepahın fikricə bunlar ümum xalqin və ölkənin təhlükesizliyini pozur və ona zərər yetirillər. Sepah bu yolla və hərkətin mədəni fəallarını saxta ittahamlara günahlandırmaqla, milli feallara qarşı tətbiq etdiyi zorakılığa, etdikləri təziqlərə, cəmiyət və əhali arasında məşruiyət vermək istəyir. Sepahın və Təhlükəsizlik orqanlarının zorakılıqının şəffaf nümunələrinə Babək qalsında fırıldaqçılıqla fatimyyə günlərini bəhanə edib hərbi manevra keçirməklə bu yürüşün 2003 ilindən başlayaraq qarşısının alması, 2006–ci ilin may ayında İran qəzetinin Türklərin əleyhinə nəşr etdiyi təhqiramiz karikatora qarşı etiraz edənləri Ənsari hizbullah və Bəsic qüvvələri vasitəsilə zorakılıqla susdurması və bu yolda bir çox insanların güllələnib öldürülməsi, Urmu gölünün İran hakimiyyəti tərəfindən qurudulmasıla əlaqədar təşkil olunan etiraz aksıyasına qatılan fəalları tutub Sepah və Ettelaat tərəfindən işkəncə edilmələri vəs kimi qeyri-demokratik əməllərinə işarə etmək mümkündür.

Güney Azərbaycanın müxtəlif yerlərində hər il Sepah minlərcə zahirdə hökümət tərəfdarı olan insanları hərbi qərargahlarda toplayır və Azərbaycan milli hərəkətinin əleyhinə təbliğat aparır. Azərbaycan ölkəsi ac, yoxsul və fasid bir ölkə kimi tebliğ olunur və xalq içində qorxu salmaq üçün bu ölkəni pisləyillər. Bu insanlara bu şəkildə vurğulayıllar kı əgər Güney Azərbaycan İrandan ayrılıb quzeylə birləşirsə əhalinin bir çoxu acından öləcək, yoxsulluq, flaket, fahişəlik ölkəni bürüyəcəkdir və müsəlmanların namusu qeyrəti ləkələnəcəkdir.

Hər il dövlət idarələrində, mədəniyət mərkəzlərində, üniversetlərdə, məktəblərdə, məscidlərdə ves Sepah öz tərəfdarlarına və Bəsic üzvlərinə kanfranslar təşkil edir və bu kanfranslarda Azərbaycanın tarixini kimlyini, dilini dəyişdirməyə çalışıllar və yerinə bir saxta kimlik quraşdırmaq istəyillər. Misal üçün Türk kimliyi yerinə Azəri kimliyi xalqın beyninə yerləşdirməyə çalışıllar və Türk padişahlarını, qəhrəmanlarını vəhşi, cəllad kimi tanıdıllar və Türk dilini Azəri dili adlandırıllar və müstəqil Azərbaycan topraqlarıla Aran adıla qələmə alıllar, və bu məqsədlə xalqa çatdırmaq istəyillər ora Azerbaycandan fərqli bir coğrafiyadır. Bunun qarşısında fars tarixini, dilini, mədəniyətini üstün bir varlıq kimi təqdim edillər.

Hər həftə Cuma günləri Cuma namazının xütbələrində Cuma namzı imamları, xüsusən Təbriz, Urmiyə və Ərdəbil şəhərlərində Azərbaycan dövlətinə qarşı sərt mövqəydən və agresiv bir halla çıxış edillər və Azərbaycan hakimiyyətini Amerikanın və İsrailin nükəri kimi istifadə etdikləri ifadələrdə bəyan edillər və deyillər sehyonizmin panturkizm cərəyanından himayə etməsi İran üçün böyük bir təhlükədir və xalqdan istəyillər bu təhlükəyə ciddi yanaşsınlar və onun qarşısını almaq üçün mübarizə aparsınlar.

Sepaha bağlı olan rəsmi qəzetler, jurnallar, internet saytları, xəbər agentlikləri misal üçün farsnews, mehrnews, arannews vəs həmişe Azərbaycan xalqına qarşı mətləb nəşr etdirillər və Azərbaycan respublikasının ərazi bütövlüyünə qarşı yeni iddaalar irəli sürüllər və bu zehniyətlə ki bu topraqlar İran topraqlarına aidir və Quzey Azərbaycan topraqlarını Türkmənçay və Gülüstan müqaviləsində İrandan ayrıldıqını idaa edillər. Ərdəbil şəhərində Ettelaat və Sepahin himayəsi və yardımı nəticəsində Şimali İran adlı bir jurnal nəşr etdirilir və orda Azərbaycan respublikasi şimali İran kimi qeydə alınır. Hər zaman iki dövlet arasında ixtilaflar dərinləşirsə sepah öz admalarına əmir verir, Azərbaycan dövlətinə qarşı Güney Azərbacanın müxtəlif şəhərlrində etiraz aksıyası keçirsinlər və bu aksıyaların bir çoxu ideologıya mahiyəti daşıyır. Etirazçılar Sepahın diktə etdiyi düşüncəni misal üçün Azərbaycan dövlətinin qərblə münasibətini və əlaqələrini hədəfə alırlar. Son neçe ay ərzində Təbriz şəhərinin Ənsar Hizbullah təşkiltaının başçısı Azərbaycanda Avrovizyon mahnı müsabiqəsinə və bu ölkənin İsraillə əlaqələrinə reaksıya olaraq bir qurup hakimiyyət tərəfdarlarını toplayıb və Azərbaycanın Təbrizdəki konsulluqu qarşısında etiraz aksıyası keçirdilər və Sepahın bir qolu olan Ənsar hizbullah başçısı Azərbaycan dövlətini konsulluğun bu qurup tərəfindən işğal ediləceyi ifadəsilə hədələdi.

Sepah İnternetin düşməni

İran internet şəbəkəsinə qoşulduqu andan müxalif qüvvələrə və milli hərkətin müxtəlif quruplara mənsub olan internet saytlarının və blogların əksəriyyəti Sepahın və Ettelaatın əmri ilə filter edilibdir və İran sərhədləri içərisində internet istifadəçiləri bu saytlaradan istifadə etməkdə çətinlik çəkillər. 2012 ilin əvəlindən hərkətə bağlı olan bir çox saytlar misal üçün tribun və sananews internet saytları sepahın kiber hücumuna məruz qaldılar və istifadəçilərin əlindən bir neçe müddət çıxarıldılar. Sepahın milli hərəkətin saytlarını və milli fəalların e-mail adreslərini hək etməkdən məqsədi onların fəaliyətini virtual dünyada əngəlləmək və həmçinin milli fəalların fəaliyəti haqda bilgi əldə etmekdir. Sepah və Ettelaat bu infarmasıyaları əldə etməklə milli kərəkətin mədəni fəaliyətini kontrolu altına alır və bunlara qarşı hakimiyyət tərəfindən təziqlərin artmasına və zorakılıq tətbiq edilməsinə şərayit yaradır.

Nəticə və mübahisə

Sepahın Azərbaycan xalqına qarşı fəaliyətinə nəzərə aldığımızda belə bir nəticəyə çatmaq olar kı bu hərbi təşkilatın Azərbaycan Türklərinə qarşı planları və sui-qəsdləri Azərbaycan dövlətinin laik bir sistem olmasından və bu ölkenin qərb ölkələrilə o cümlədən İsrail və ABŞ la yaxın münasibətindən qaynaqlanmır, bəlkə İranı narahat edən məsələ etnik məsləsidir və ikiyə bölünmüş Azərbaycanın milli və tarixi bağlılıqlarıdı. İran sovet ittifaqı dağıdıqı andan Azerbaycan Türklerinin oyanışından və bunların öz müqəddəratını təyin etmə hüququnu eldə etmək üçün fəaliyətlərini islam hökümetin və hakim etnikin varlqı üçün böyük bir təhlükə hesab edir. Halbuki bir çox ölkəler saymaq olarkı İsraillədə münasibətləri yaxşıdı və İranlada yaxın əlaqələri vardı. İran hakimiyyətini bu ölkələrin xarici siyasətindən heç zaman narahatlıq hissi yaşamır və buna rəğmən bu ölkələrin daxili məsələlerinədə qarışmır. Bunun açıq aşkar nümunəsi Ermənistan, Tacikistan, Hindistan ves dövlətləridir. Şəriət məsələsinə nəzər saldıqımızda görünür İran hakimiyyəti bu barədə tənaqüzlü görüşlərlə məsələyə yanaşıbdı. Misal üçun İran höküməti Çində, Rusiyada, Qarabağda öldürülən müsəlmanlara indiyə kimi heç bir münasibət bildirməyibdir və bir çox zaman cinayətkar kökümətlərin tərəfində olubdu və onlarla yaxın iqtisadi və siyasi əməkdaşlıqına davam etdiribdi. İran hakimyyəti və onun keşikçisi Sepah Azərbaycan xalqını İran hökümətinin varlıqına və İran ərazi bütövlüyünə təhlükə hesab etdiyi üçün daima Azərbaycan respublikasının zəifləşdirməyə cəhd göstəribdir və bu haqda bir çox ölkərlə xüsusilə Rusiya və Ermənistan ölkələrilə yüksək səviyədə fikir mübadiləsi aparıbdır. Sepahın məqsədi bu planları həyata keçirməkdən Azərbaycan respublikasının inkişafının Güney Azərbaycan Türklerinin mübarizəsinə olan müsbət təsiri azaltmaq və bu ölkənin inkişafının qarşısını almaq və orda bir İran yanlı hökümət yaratmaqla bu ölkəni öz hegemonyası altına sürüməkdir. Sepahın iki Azərbaycan üçün gələcək planları Amerika və İsrailin İrana qarşı hərbi müdaxiləsinə və hücumuna bağlıdır. Əgər bu hərbi hücum İran hakimiyyətinə qarşı gərçəkləşərsə, Sepah Bakı şəhərində və onun ətrafınd yerləşən nəft qaz təsisatlarını, quyularını və boru kəmərlərini yüzlərcə raketlə hədəfə almaq fikirindədir və Güney Azərbaycanda əgər bu şərayitlə yanaşı hökümətin əleyhinə etirzlar başlarsa Güney Azərbaycan Türklərini qarşı fiziki soyqırım və qətliam törətmək niyyətindədir. Sepah təkcə Azərbaycan deyil bəlkə dünyada sabitlik, əmin amanlıq və sülh üçün böyük bir təhlükə sayılır. Bu hərbi təşkilatın getdikcə qüdrəti artmaqdadır. Əgər bu hərbi təşkilatın güclənməsinin qarşısı beynalxalq icitmaiyət tərəfindən alınmazsa və bunun üçün ciddi bir tədbir görülməzsə, o zaman ən yaxın gələcəkdə Sepahın nüvə silahını istehsal etməsilə və yaxud bu silahı əldə etməsilə bütün dünya xalqları böyük bir insani faciəylə, fəlakətlə qarşılaşacaqı ehtimalı vardır və bu faciənin məsuliyəti benalxalq icitmaiyətin üzərinə düşür.
Elçin Hatəmi
Bu xəbər oxucular tərəfindən 1500 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed