Şrift:
Tetritskaroda azərbaycanlılar və svanlar arasında kütləvi dava olub
15.01.2020 [07:27] - Borçalı
Gürcüstanın Tetritskaro (Ağbulaq) rayonunun Tsintsxaro kəndində yaşayan etnik azərbaycanlılar və svanlar (gürcülərin subetnik qrupu – red.) arasında kütləvi dava olub.
Bir neçə gün öncə baş verən insident nəticəsində 3 nəfər xəsarət alıb. İkisi yerli etnik azərbaycanlı olan həmin şəxslər xəstəxanaya yerləşdiriliblər. Kütləvi dava ilə bağlı iki nəfər saxlanılıb ki, onlardan da biri etnik azərbaycanlıdır. Şahidlərin sözlərinə görə, fikizi qarşıdurmaya səbəb siqaret olub. Dava zamanı soyuq silahlardan istifadə olunduğu bildirilir. Faktla bağlı Tetritskaro Rayon Polis İdarəsində araşdırma aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed