Şrift:
Aşqabadda beynəlxalq təşkilatların birgə layihələri müzakirə olunub
15.01.2020 [11:42] - Siyasət
Aşqabadda “Türkmənistan və beynəlxalq təşkilatlar: sülh və inkişaf naminə əməkdaşlıq” adlı beynəlxalq konfrans plenar iclaslarla işini Xarici İşlər Nazirliyində davam etdirib. Konfransda BMT, ATƏT, Aİ, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilatların regional rəhbərləri, Türkmənistan hökumətinin rəhbərləri və nümayəndələri, habelə Aşqabadda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak ediblər. Konfransda Türkmənistan və beynəlxalq təşkilatlar arasında əldə edilmiş əməkdaşlıq təcrübəsinin kompleks təhlili, eləcə də yeni birgə layihələrin müzakirəsi aparılıb.
Beynəlxalq təşkilatların başçıları, fondların nümayəndələri və digər iştirakçılar qlobal gündəliyin aktual məsələlərinin həllinə yönəlmiş səmərəli tərəfdaşlığın genişləndirilməsinə verdiyi töhfələrə və konstruktiv təşəbbüslərə görə Prezident Qurbanqulu Berdiməhəmmədova minnətdarlıqlarını bildiriblər.
Tədbirdə ikitərəfli və çoxtərəfli qarşılıqlı fəaliyyətin yüksək səviyyədə fəallaşması üçün böyük potensialın olduğu vurğulanıb. Görülən işlərin vacibliyindən bəhs olunan tədbirdə tərəflər birgə səylərin müsbət nəticələrini qeyd ediblər. Onların sırasında 2030-cu ilə qədər olan dövrdə davamlı inkişaf gündəliyinin reallaşdırılması, ölkə iqtisadiyyatının şaxələndirilməsi mexanizmlərinin yaradılması və həyata keçirilməsi, regional və qlobal enerji, ekoloji təhlükəsizliyin təmin edilməsi, dayanıqlı nəqliyyat, insan hüquqlarının qorunması, habelə terrorizmə, silah və narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə qarşı mübarizə mexanizmlərinin yaradılması yer alır.
Qeyd edək ki, sözügedən konfrans bu il keçiriləcək Türkmənistanın bitərəfliyinin 25 illiyi ilə bağlı ilk əlamətdar tədbiridir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 403 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed