Şrift:
Mustafa Kərimbəylini terror edərək öldürən molla rejimi indi də anasını tutuqladı
15.01.2020 [20:01] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkədə 2009-cu ildə prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına qarşı keçirilmiş xalq etirazlarında öldürülən Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınan Mustafa Kərimbəyinin anası Şahnaz Əkməli tutularaq mollakratiya rejiminin ən qəddar cəzaevlərindən sayılan Evin həbsxanasına salınıb.
O, Evin zindanına salınmazdan öncə twitter səhifəsində yazdığı statusda oğlunu öldürənlərin cəzalandırılmasını tələb etdiyi üçün təqiblərə məruz qaldığını bildirib.
“Mən günahı ədalət tələb etmək və oğlumun qatilinin kim olduğu sualını təkrarən soruşmaq olan anayam. Bu sualıma isə heç vaxt cavab ala bilməmişəm”,- deyə Şahnaz Əkməli qeyd edib.
Xanım Şahnaz Əkməli bir müddət öncə insanları noyabr etirazında öldürülənlərin 40 mərasimi keçirməyə çağıranlardan idi. Şahnaz Əkməliyə qarşı “siyasi rejim əleyhində təbliğat” və “insanları kütləvi itaətsizliyə çağırma” kimi qondarma ittihamlarla 1 il həbsə məhkum edilib. Eləcə də, onun ölkədən çıxışına qadağa qoyulmasıyla yanaşı, siyasi fəaliyyət göstərməsi və sosial şəbəkələrdə qeydiyyatdan keçməsi də qadağan edilib.
Qeyd edək ki, Mustafa Kərimbəyi 2009-cu il etirazları zamanı başından aldığı güllə yarası nəticəsində ölmüşdü. Tehranda yaşamasına baxmayaraq, təhlükəsizlik orqanları onun bu şəhərdə dəfn edilməsinə icazə verməmişdilər.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 170 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed