Şrift:
İllərdir siyasi tutuqlu olan milli fəalların ailə üzvləri məhkəmə qarşısına toplaşdılar
15.01.2020 [20:10] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının fəalları olaraq neçə illərdir qanunsuz olaraq molla rejimi tərəfindən həbsdə saxlanılırlar. Onların hüquqları hətta beynəlxalq insan haqları təşkilatları və xüsusilə BMT-nin xüsusi siyahısında yer alıbdır. Ancaq buna baxmayaraq, insan haqları məsələsinə açıq-aşkar tüpürən molla rejimi istədiyi kimi davranışlarını nümayiş etdirməkdədir. Son vaxtlar bir qrup Güney Azərbaycan Mili Hərəkatının fəalının ailə üzvləri Təbrizdə məhkəmə binasının qarşısına toplaşaraq yaxınlarının vəziyyəti barədə məlumat verilməsini tələb ediblər.
Yanvarın 14-də fəalların ailə üzvlərindən ibarət təxminən 30 nəfər yığıncağa qatılıb.
Məhkəmə rəhbərliyi cavab vermək yerinə onları sayğısızlıq edərək məhkəmə binasından çölə çıxarıblar. “Saxlanılanlarla bağlı araşdırma aparılır. Onların dosyeləri təkmilləşənə qədər saxlanılacaq.”- deyə soydaşlarımıza bildirilib. Sonda fəalların ailə üzvləri təhdid edilərək kobud şəkildə məhkəmə binasından uzaqlaşdırılıb. Bu arada soydaşlarımızdan bir neçəsi məhkəməyə gətirilən Yaşar və Ruzbeh Pirini görüb. 5 qondarma ittihamla üzləşən Piri qardaşlarının təcridxanadan məhkəmə iclasına gətirildiyi bildirilib. Təbriz Azad Universitetinin məzunu olan Yaşar Piri hüquq ixtisası üzrə təhsil alıb. Ruzbeh Piri isə kompüter mühəndisidir, o hazırda hüquq ixtisası üzrə təhsil alır.
Məhkəməyə müraciət edən soydaşlarımızın sözlərinə görə, milli fəallardan Əkbər Mühaciri hazırda Təbriz zindanının təhlükəsizlik bölümündə saxlanılır. Onun ağır cismi və psixoloji işgəncələrə məruz qaldığı bildirilir. Təəssüflər olsun ki, hələlik Ettelaat İdarəsində saxlanılan milli fəallar barəsində hər hansı məlumat yoxdur. Bu vəziyyət onların ailəsinin nigaranlığına səbəb olub. Son vaxtlar rejim mili fəallara qarşı təzyiqləri artırıb. Fəallar müxtəlif şəhərlərdə saxlanılır və qondarma ittihamlarla məhkəmə qarşısına çıxarılaraq ağır həbs cəzası ilə üzləşirlər.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 167 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed