Şrift:
Şirvan sakini paytaxtda 5 kiloqram marixuananı satarkən “iş başında” tutulub
16.01.2020 [10:19] - Hadisə
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Şirvan şəhər sakini M.Abdullayev 5 kiloqramdan çox marixuananı satarkən Xətai Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini R.Hüseynov isə Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində yaxalanıb. Şəxsi axtarış zamanı ondan 3 qramdan artıq heroin götürülüb. Davam etdirilən tədbirlərlə onun “Niva” markalı avtomobilindən 116 ədəd kontramal, 56 ədəd preqabalin, 127 ədəd tramadol, metamfetamin və heroin aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 386 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed