Şrift:
“BirBank” vasitəsilə NFC ödənişlər etmək mümkün oldu
16.01.2020 [11:40] - İqtisadiyyat
“Kapital Bank”ın “BirBank” mobil tətbiqində NFC texnologiyasına əsaslanan daha rahat və sürətli təmassız ödəniş xidməti müştərilərin istifadəsinə verilib. İstifadəçilər alış-veriş zamanı və ya hər hansı bir xidmətdən istifadə edərkən ödənişi öz smartfonları vasitəsilə həyata keçirə bilərlər. “Android” istifadəçiləri “Kapital Bank”ın “BirBank” mobil əlavəsi vasitəsilə NFC ödənişlər üçün hər hansı “Kapital Bank”ın “VISA” kartını təyin edib, telefonu POS-terminala yaxınlaşdıraraq ödəniş edə bilərlər. Mobil tətbiq vasitəsilə təqdim olunan yeniliklər sırasında virtual kart funksiyasını da qeyd etmək olar. Bu funksiya vasitəsilə istənilən “BirBank” istifadəçisi özünə kart yaradıb müxtəlif ödənişlər həyata keçirə bilər. Bütün bunlarla yanaşı, “BirBank” tətbiqində bankomatdan QR kod vasitəsilə nağdılaşma, hətta istifadəçiyə ən yaxın olan “Kapital Bank” bankomatının yerini də təyin etmək olar. Həmçinin yeni xüsusi funksiya ilə tətbiqə əlavə olunan avtomobilin cərimələri barədə dərhal bildiriş almaq və cərimə ödənişləri həyata keçirmək mümkündür.
Qeyd edək ki, “BirBank” tətbiqini 1 milyon nəfərdən artıq istifadəçi “App Store” və “Play Store”dan yükləyib. Hazırda “iOS” və “Android” əməliyyat sistemləri “BirBank”ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək müştərilərə tövsiyə edir. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 74 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed