Şrift:
“Berkarar” gəmisi 5 ildə Bakı-Türkmənbaşı istiqamətində 21,8 min TIR daşıyıb
16.01.2020 [11:43] - İqtisadiyyat
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib ki, bu gün, yeni Bakı limanının Azərbaycana ilk dəfə səfər edən Türkmənistana məxsus “Ro-Pax” tipli “Berkarar” gəmi-bərəsini qəbul etməsindən 5 il ötür. İlk səfəri zamanı Azərbaycana 47 TIR və 8 sərnişinlə gələn gəminin Bakı-Türkmənbaşı xəttində işləməsi iki ölkə arasında daşıma imkanlarını daha da artırır və eyni zamanda, TIR-ların daha qısa müddətdə qəbul edilib yola salınmasına imkan yaradır. “Berkarar” gəmisi Türkmənistanın sifarişi ilə Xorvatiyanın “Ulyanik” tərsanəsində yığılıb və 2014-cü il dekabrın 5-də Türkmənistana gətirilib. Gəminin uzunluğu 155,8 metr, eni 17,5 metr, hündürlüyü isə 12,2 metrdir. Gəminin sərnişin tutumu 200 nəfər, yükgötürmə qabiliyyəti 2400 tondur və 54 ağır yüklü təkərli texnika (TIR) daşıya bilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 350 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed