Şrift:
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti iclasının keçiriləcəyi vaxt açıqlanıb
16.01.2020 [12:00] - Xəbərlər
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının altıncı iclası 2020-ci il fevralın 28-də Bakıda keçiriləcək. Bu barədə Energetika Nazirliyindən bildiriblər. Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının birinci iclası 2015-ci il fevralın 12-də, ikinci iclası 2016-cı il fevralın 28-də, üçüncü iclası 2017-ci il fevralın 23-də, dördüncü iclası 2018-ci il fevralın 15-də, beşinci iclası 2019-cu il fevralın 20-də baş tutub. Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” “Şahdəniz 2” yatağından hasil olunan Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəmərləri infrastrukturunun yaradılmasını nəzərdə tutur.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 111 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed