Şrift:
Bakı-Sumqayıt yolu avtomobil axınının bərabər paylanmasını təmin edəcək
16.01.2020 [12:02] - Xəbərlər
Bakı-Sumqayıt yolunun genişləndirilməsi bu istiqamətdə avtomobil axınının bərabər paylanmasının təmin olunmasında vacib mərhələdir. Bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov mətbuat konfransında deyib. O bildirib ki, 2011-ci ildə genişləndirilmiş Bakı-Sumqayıt yolu sutkada 7-10 min avtomobilin hərəkəti üçün nəzərdə tutulmuşdu, indi isə bu, aktual deyil. Texnopark və sənaye zonalarının, ali tədris müəssisələrinin və digər obyektlərin açılması Bakı-Sumqayıt yolunda hər iki istiqamətdə avtomobil axınını sutkada 12-14 minədək çatdırıb.
S.Məmmədov əlavə edib ki, Bakı-Sumqayıt yolunun 28 kilometrlik sahəsinin genişləndirilməsi bu tapşırığın vacib hissəsidir. Bununla belə, bu hissənin keçilməsindən sonra avtomobil axınının düzgün paylanması üçün düzgün həll yolu tapmaq lazımdır: “İyunadək biz bu məsələnin ilə həll yolunu tapmağı planlaşdırırıq”.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 68 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed