Şrift:
Fərəc Quliyev: 7 ildir büdcə müzakirələrində təklif edirəm ki,...
16.01.2020 [15:35] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.

9-cu hissə


41.Dövlətin iqtisadiyyatda rolu azaldılmalı: (06.12.2016)

Mən hər il büdcə müzakirələrində daim iqtisadiyyatın mümkün qədər liberallaşdırılması, dövlətin iqtisadiyyatda rolunun azaldılması, maliyyə sektorunda islahatların aparılması, kommunal sektorun özəlləşdirilməsini, büdcə yükünün azaldılmasını qabardıram. Neftin qiyməti yüksək oldugundan bu təkliflər hökumət üçün o qədər də cəlbedici görünmürdü. Amma indi situasiya elədir ki, artıq həssaslıq artıb və hökumət vəziyyətin ağırlığını anlayıb,bu təkliflərə ciddi baxmalıdır və real islahatlara getməlidir.

42.Xam nefti heç olmazsa , yarım fabrikat və ya son məhsula çevirib, ixrac etməli: (06.12.2016)

Hələ də iqtisadiyyatımız xam neft ixracından asılı olan iqtisadiyyatdır.Xam nefti heç olmazsa , yarım fabrikat və ya son məhsula çevirib, ixrac edən neft iqtisadiyyatı qursaydıq narahatlıq bir az azalardı,təəssüf ki,belə deyil.Hökumətdən bu məsələyə aydınlıq gətirməsini istəyirəm.

43.İslam Oyunlarında nədən yenidən bu qədər vəsait xərclənməlidir?: (08.12.2016)

2017-ci ilin dövlət büdcəsində İslam Oyunlarında istifadə üçün idman obyektlərinin tikintisinə 330 milyon 300 min manat pul ayrılıb.1-ci Avropa Olimpiya oyunları zamanı kifayət qədər idman obyekti tikilib, mövcud idman obyektlərinin sahmana salınması ilə tələbat ödənilə bilər, nədən yenidən bu qədər vəsait xərclənməlidir?. Bu izah olunmalıdır. Bu vəsait 9min qəzalı vəziyyətdə olan mənzildə yaşayan ailənin təcili mənzillə təmin olunmasına sərf oluna bilər.

44.Büdcədə cərimə və sanksiyalar üzrə daxilolmalar bölümü məntiqsizdir: (08.12.2016)

Cərimə və sanksiyalara üzrə daxilolmalar-101 milyon manat müəyyənləşdirilib.
1milyon manat isə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə daxilolmalar müəyyənləşdirilib.
Vergi qanunvericiliyinin pozulmasına görə daxilolmalar 89 milyon manat müəyyən olunub.Bunun 5 milyonu fiziki şəxslərin gəlir vergisi üzrə maliyə sanksiyalarından nəzərdə tutulub.Bunu hökumət necə izah edə bilər?Bəlkə 2017-ci il intizamli sürücülər və vergi ödəyiciləri ili olacaq?Bu cərimələr necə proqnozlaşdırılıb? Vergi ödəyiciləri və sürücülərdən min bir yolla pul yığın demək deyilmi bu?

45. 7 ildir büdcə müzakirələrində təklif edirəm ki: (08.12.2016)

Işıq,qaz,istilik,kommunal sektorlar mülkiyyət hüququ dövlətdə qalmaqla özəl sektora işlətməyə verməyi 7 ildir büdcə müzakirələrində təklif edirəm.Bu baş versə idi bu günkü qiymət artımı problemi,idarəetmədəki nasazlıq və bu sahələrə böyük vəsait ayrılmaları da olmazdı-əksinə bu sahələr vergi ödəyicisi kimi büdcəyə vəsait verəcəkdi. Nəhayət ki,bu nəzərə alənacaqmı?
Bu xəbər oxucular tərəfindən 983 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed