Şrift:
Molla rejimi Güney Azərbaycan kəndlərinin hər biri üçün xüsusi problemlər yaradır
16.01.2020 [19:22] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Şərq Əyaləti Təsərrüfatı Tədqiqat Mərkəzinin rəhbəri, Kənd Təsərrüfatı İdarəsinin Əndəriyan kəndində içməli suyun çirklənməsi ilə bağlı gizli hesabat hazırladığını və Ətraf Mühit İdarəsinin suyun tərkibi ilə bağlı aparılan testlərin nəticəsini olduğu kimi açıqlamadığını bildirib. Bu barədə Əhməd Bayburdi “Anac” xəbər agentliyinə danışıb.
“Xoşbəxtlikdən bir müddət əvvəl Əndəriyan kəndinin ətrafında içməli suyun çirklənməsinin monitorinqi aparıldı. Şərqi Əyaləti Ətraf Mühit Təşkilatının mərkəzi laboratoriyasının hazırkı müdiri cənab Ocağı ilkin monitorinqdə bu nəticəyə gəldi ki, suyun tərkibində sianidin miqdarı normadan ən azı 5 dəfə çoxdur.”- deyə o bildirib.
Onun sözlərinə görə, testin nəticəsi nəzarət və təhlükəsizlik orqanlarına göndərilib, lakin Şərqi Əyaləti Ətraf Mühit İdarəsinin məsulları təkid edir ki, ictimaiyyəti təşvişə salmaq düzgün deyil, vəziyyətin adı olduğunu göstərmək lazımdır.
Əhməd Bayburdi onu da bildirib ki, rəsmi tədbirlərdə suyun tərkibi ilə bağlı rəqəmlər 50-nin altında göstərilir. Bu şəkildə suyun adi vəziyyətdə olduğunu göstərməyə çalışırlar. Şərqi Əyaləti Kənd Təsərrüfatı Tədqiqat Mərkəzinin rəhbəri qeyd edib ki, Kənd Təsərrüfatı İdarəsinin hazırladığı gizli hesabatda bu sudan istifadə edən heyvanların sonda tələf olduğu bildirilir.
Əhməd Bayburdi mərkəzi laboratoriyanın müdiri cənab Ocağinin bu məsələni ifşa etdiyi üçün gələcəkdə Ətraf Mühit İdarəsinin müdiri tərəfindən işindən uzaqlaşdırılacağını da proqnozlaşdırıb.
Xatırladaq ki, bir müddət əvvəl Güney Azərbaycanın ətraf mühit qurumları İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə açıq məktub ünvanlayaraq sözü gedən mədənin ətraf mühitə ziyan vurduğunu bildirib, məhkəmənin bu məsələyə müdaxilə etməsini tələb etmişdilər. Mütəxəssislərin fikrinə görə, Vərziğan məntəqəsində yerləşən Əndəriyan Qızıl Mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Bu üsulla mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı suları da çirkləndirə bilir. Bu şəkildə ətraf ərazilərin hava, su və torpağı təhlükəli maddə ilə çirklənmiş olur.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 73 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed