Şrift:
Milli fəal Səccad Şəhiri Sulduzda tutuqlandı
16.01.2020 [19:28] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri olan Səccad Şəhiri yanvarın 16-ı günorta saatlarında Sulduz şəhərində mollakratiya rejiminin xüsusi cəza dəstəsi tərəfindən tutuqlanıbdır. O, Sulduz şəhərində yaşadığı evin yaxınlığında mülki geyimli şəxslər tərəfindən həbs edilibdir.
Sulduzdan əldə etdiyimiz bilgilərə görə, rejimin təhlükəsizlik qüvvələri milli fəalın şəxsi avtomobilini dayandırıb və maşındakı sərnişini endirdikdən sonra onu özl ənənələrinə uyğun olaraq naməlum istiqamətə aparıblar. Hələlik milli fəalın hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə heç bir məlumat yoxdur. Milli
fəalın şəxsi avtomobilinin təhlükəsizlik orqanına aparıldığı bildirilir.
Qeyd edək ki, Səccad Şəhiri bundan əvvəl də Güney Azərbaycanda demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed