Şrift:
Milli fəal Həkimə Əhmədi zindanda 4 gündür aclıq aksiyası keçirir
16.01.2020 [19:34] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının nüfuzlu fəallarından biri kimi tanınan Həkimə Əhmədi İran adlı ölkənin molla rejiminin Marağada yerləşən zindanında 4 gündür aclıq aksiyası keçirməkdədir. Həkimə xanım Əhmədi rejimin Marağadakı zindanında 544 gün müvəqqəti saxlanma qərarı, eləcə də rejimin Ədliyyə İdarəsinin verdikləri vədlərin yerinə yetirilməməsinə etiraz olaraq aclığa başlayıb. ejim milli fəalı 15 aydır qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır. Rejim beləliklə Əhmədi ailəsinin ciddi problemlər yaradıb. Bütün bunlar azmış kimi, molla rejimi milli fəalın həyat yoldaşını tutub və övladları başsız qalıb.
O da bəllidir ki, Güney Azərbaycan Milli Hərəkatının fəalı olan Həkimə Əhmədini molla rejimi şərləyərək 7 itiham üzrə həbs etmişdir. Lakin araşdırmalardan sonra irəli sürülən 5 ittihamla bağlı icraata xitam verilib.
O hazırda “rejim əleyhinə təbliğat aparmaq və qrup yaratmaq”da ittiham olunub və Güney Azərbaycanın Marağa şəhərində rejimin zindanında saxlanılır. Rejim Həkimə Əhmədinin zaminə buraxılması üçün 500 milyon tümənlik vəsiqə təyin edib. Lakin milli fəalın ailəsi məbləği yüksək olduğu üçün vəsiqəni təmin etmək gücündə deyil.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 321 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed