Şrift:
Güney Azərbaycanın tanınmış fotoqrafı beynəlxalq festivalda qızıl medal qazandı
16.01.2020 [19:38] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Əhər şəhərindən olan fotoqraf Səid Qasimi Qırğızıstanın başkəndi Bişkekdə keçirilən FIAP Beynalxalq Filarmoniya festivalında qızıl medal qazanıb. Tanınmış fotoqraf bu barədə yanvarın 16-da mətbuata danışıb. “Milli park «Ala Archa» beynəlxalq fotoşəkil festivalı Asiyalı Fotoqraflar Dərnəyi tərəfindən, Qırğızıstanın Fokus və Beynalxalq İncəsənət Federasiyasının nəzarəti ilə baş tutub.”- deyə o bildirib.
Festival bir neçə bölümdə keçirilib. Soydaşımız festivalda ənənəvi boyama əsəri ilə qızıl medala layiq görülüb. Xudafərin bölgəsinin Skanlu kəndində dünyaya göz açan Səid Qasimi Əhər şəhərində yaşayır. O bundan əvvəl milli və beynalxalq festivallarda 40-dan çox mükafata layiq görülüb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 63 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed