Şrift:
Milli fəal Abbas Lisaninin həbsindən bir il keçir
16.01.2020 [19:47] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri olan Abbas Lisani 2019-cu il yanvarın 15-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsində oğurlanaraq həbs edilmişdir. Milli fəalın ailə üzvləri və digər fəallar səlahiyyətli orqanlara müraciət edib və araşdırdırma apardıqdan sonra fəalın rejimin təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsi, oradan isə rejimin Ərdəbildəki Mərkəzi Zindanına köçürüldüyü məlum olmuşdur. Daha sonra rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi gözlənilməz şəkildə fəalı iddianamədə irəli sürülən ittihamlara görə deyil, onu şərləyərək “qanunsuz qrup yaratmaq və onu idarə etmək”də günahlandıraraq 8 il həbs və 2 il Yəzd şəhərinə sürgünə məhkum etdi. Bunun ardınca irqçi rejim heç bir günahı olmayan Abbas Lisaniyə qarşı ədalətsiz 8 həbs cəzasını daha iki qat qaldırdı. Məhkəmə qərarı Abbas Lisani və onun vəkilinə açıqlanıb. Rejimin Ərdəbildə yerləşən Apellyasiya Məhkəməsi bug ün, oktyabrın 1-də milli fəal Abbas Lisaninin həbs cəzasını 15 ilədək artırıb. Halbuki, tanınmış milli fəal ilkin instansiya məhkəməsində 8 il həbsə, iki il sürgün cəzasına məhkum edilmiş və bir sıra ittihamlardan bəraət almışdı. Apellyasiya Məhkəməsi bundan əvvəl məhkəmənin çıxardığı həbs cəzasını 2 il artırıb, 5 il isə fəalın məhkəmədə bəraət qazandığı ittihamlara görə verilib. Milli fəal həmçinin rejimin əşən Apellyasiya Məhkəməsində 1 il həbs cəzasına məhkum edilib. Bununla da fəal heç bir günahı olmadan ümumilikdə 16 il həbs və 2 il Yəzd şəhərinə sürgün edilmə cəzasına məhkum edilib.
Milli fəalın məhkəmə iclası rejimin Ərdəbildə yerləşən Apellyasiya Məhkəməsində hakim Nasir Ətəbatinin sədrliyi və müşavirlər Bilal Muzəffəri və Mərhəmət Şahbazzadənin iştirakı ilə 16 sentyabr 2019-cu ildə keçirilmişdi. Halbuki, Nasir Ətəbati daha əvvəl Ərdəbildə rejimin prokuroru qismində Abbas Lisaniyə qarşı iddianamə irəli sürmüşdü.
Qeyd edək ki, Abbas Lisani uzun illərdir Güney Azərbaycan Milli Hərəkatının adi bir nəfəri kimi, mənsub olduğu türk xalqının hüquqları uğrunda mədəni mübarizə aparır. O sonuncu dəfə cari il iyulun 2-də hər il təşkil olunan Babək Qalası Qurultayı öncəsi daha üç fəalla birlikdə Ərdəbildə rejimin təhlükəsizlik qüvvələri tərəfindən heç bir günahı olmadan yaxalanıb, iyulun 11-də 50 milyon tümənlik vəsiqə qarşılığında zaminə buraxılıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 83 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed