Şrift:
Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb
16.01.2020 [23:25] - Hadisə
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn “Mercedes Benz” markalı sərnişin avtobusu saxlanılıb və sürücü şifahi sorğu-sual olunub. Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilərkən şübhəli təsvirlər müşahidə olunub. Avtomobilə gömrük baxışı zamanı nəqliyyat vasitəsinin salonunda oturacaqların alt hissəsində 350 ədəd üzərində “Deposilin Pensilin G Benzatin” yazılan dərman preparatı aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 369 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed