Şrift:
20 Yanvarda şəhid olan Gürcüstan azərbaycanlılarının xatirəsi yad edilib
17.01.2020 [00:26] - Borçalı
Gürcüstanda 20 Yanvar faciəsi zamanı şəhid olan İlqar Əhmədov və Tengiz Turabovun xatirəsi anılıb. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Bolnisi rayonuna səfər edib. Səfir, İ.Əhmədovun qohumları, ziyalılar şəhidin Faxralı kənd qəbirstanlığındakı məzarını ziyarət ediblər. Şəhidin məzarına gül dəstəsi qoyulub, ruhuna dualar oxunub. Daha sonra Azərbaycan səfiri İ.Əhmədovun doğulub boya-başa çatdığı evə baş çəkərək şəhidin doğmalarına başsağlığı verib və onların qayğıları ilə maraqlanıb. Söhbət zamanı şəhidin anadan olduğu kənddə xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir neçə təklif müzakirə olunub. Rayonun Kəpənəkçi kəndindən olan şəhid T.Turabovun da yaxınları ziyarət olunub. Görüş zamanı D.Həsənov Azərbaycanda dövlət səviyyəsində 20 Yanvar şəhidlərinə göstərilən qayğıdan söz açıb. O qeyd edib ki, Qanlı Yanvar qurbanlarının əziz xatirəsi hər il Gürcüstanda da böyük ehtiramla yad edilir. Hər iki şəhidin yaxınlarına ərzaq sovqatı da təqdim olunub. Şəhidlərin doğmaları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və səfirliyə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, 20 Yanvar hadisəsində Gürcüstandan olan altı azərbaycanlı şəhid olub. Azərbaycan səfirliyinin ölkədə faciənin 30-cu ildönümü ilə bağlı keçirdiyi silsilə anım tədbirləri çərçivəsində onların yaxınları da ziyarət olunur.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 128 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed