Şrift:
Marneuli bələdiyyəsi əməkdaşlarına 726 952 lari pul mükafatı verilib
17.01.2020 [00:35] - Borçalı
Marneuli meriyasının əməkdaşları 2019-cu ildə mükafat qismində 219 450 lari alıblar. Marneuli meriyasından tələb olunmuş ictimai məlumatda qeyd olunub ki, meriyada 188 əməkdaş mükafat alıb. Bundan başqa bələdiyyə nəzdindəki təşkilat və MMC əməkdaşları da mükafat alıblar. Bələdiyyə nəzdindəki təşkilat və MMC-lərin 754 əməkdaşına ümumilikdə 507 502 lari mükafat verilib. Buradan Marneuli Mədəniyyət, Klub, Kitabxana və Muzey Birliyinin 83 əməkdaşı ümumilikdə 37 519 lari, Marneuli İdman Məktəbinin 72 əməkdaşı ümumilikdə 54 897 lari, Marneuli Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzinin 18 əməkdaşı ümumilikdə 13 384 lari, Marneuli Uşaq Bağçaları Birliyinin 314 əməkdaşı ümumilikdə 245 930 lari, Təmiz Marneulinin 125 əməkdaşı ümumilikdə 106 157 lari, “Marneuli Kənd Suları” (Soptskali) MMC-nin85 əməkdaşı ümumilikdə 20 455 lari, Marneuli Üzvi Tullantıların Emalı Müəssisəsinin 4 əməkdaşı ümumilikdə 1 010 lari və Marneuli Avtoparkının 53 əməkdaşı ümumilikdə 28 150 lari mükafat alıb.
2019-cu il ərzində bələdiyyə büdcəsindən meriya, bələdiyyə nəzdindəki təşkilat və MMC-lərin əməkdaşlarına pul mükafatının verilməsi üçün 726 952 lari xərclənib.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 135 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed