Şrift:
Niderlandlı deputata Qarabağdan bəhs edən kitab təqdim olunub
17.01.2020 [00:48] - Diaspor
Niderland-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin ofisində Cənubi Niderland (Zuid Holland) bölgəsinin deputatı Mişel Rojye (Michel Rogier) ilə görüş keçirilib.
Görüşdə dərnəyin sədri İlhan Aşkın rəhbərlik etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr, Türkiyə və Azərbaycan icmalarının Niderlandın ictimai-siyasi həyatında fəal iştirakı barədə ətraflı məlumat verib. Niderlandlı deputatın diqqəti Azərbaycan həqiqətlərinə də yönəldilib.
Dərnəyin fəaliyyəti ilə yaxından maraqlandığı üçün Mişel Rojyeyə minnətdarlıq ifadə olunub. Deputata Azərbaycana dair suvenir və Dağlıq Qarabağa həsr olunmuş kitab təqdim edilib.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 163 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed