Şrift:
Dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı
17.01.2020 [07:05] - Xəbərlər
2019-cu il üzrə dövlət büdcəsinin gəlirləri 24199,6 mln. manat, xərcləri 24404,8 mln.manat olub. Maliyyə Nazirliyindən bildirilib ki, 2019-cu il üzrə dövlət büdcəsinin gəlirləri 24199,6 mln. manat və ya proqnoza qarşı 1031,6 mln. manat çox (4,5 faiz çox) icra olunub. Bu 2018-ci illə müqayisədə 1690,7 mln. manat və ya 7,5 faiz çoxdur. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 10595,1 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 1127,4 mln. manat və ya 11,9 faiz, 2018-ci illə müqayisədə isə 1486,7 mln. manat və ya 16,3 faiz çoxdur.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7672,1 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 356,1 mln. manat və ya 4,9 faiz, 2018-ci illə müqayisədə isə 256,6 mln. manat və ya 3,5 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 4408,6 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 706,6 mln. manat və ya 19,1 faiz, 2018-ci illə müqayisədə isə 974,6 mln. manat və ya 28,4 faiz çoxdur. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 11364,3 mln. manat vəsait transfert edilib.
Dövlət büdcəsinin xərcləri isə 96,9 faiz və ya 24404,8 mln. manat icra edilib ki, bu da 2018-ci illə müqayisədə 1673,2 mln. manat və ya 7,4 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin 13514,4 mln. manatı və ya 55,4 faizi cari xərclərə, 9366,1 mln. manatı və ya 38,4 faizi əsaslı xərclərə, 1524,3 mln. manatı və ya 6,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib. 2019-cu ilin dövlət büdcəsinin kəsiri 205,2 mln. manat təşkil edib ki, bu da proqnozlaşdırılan 2022,0 mln. manat kəsirdən 1816,8 mln. manat və ya 9,9 dəfə azdır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed