Şrift:
Vurulmuş Ukrayna təyyarəsinə görə beş ölkə İrandan kompensasiya tələb edib
17.01.2020 [07:37] - Siyasət
Kanada, Böyük Britaniya, İsveç, Əfqanıstan və Ukrayna “Boeing” təyyarəsinin vurulmasına görə İrandan kompensasiya tələb ediblər. Bu barədə Kanadanın Xarici işlər naziri Fransua-Flipp Şampan həmin ölkələrin nümayəndələrindən ibarət qrupun Londonda keçirilən görüşünün yekunları barədə danışarkən bildirib. “İran kompensasiya ödəməlidir”, - deyə o bəyan edib.
Qeyd olunan beş ölkə qəza qurbanlarının qohumlarına təhqiqatın gedişində qəzanın səbəbləri barədə toplanan bütün informasiyanı çatdırmaq və onlara lazımi kömək göstərmək məqsədilə xüsusi qrup yaradıb. Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehranın İmam Xomeyni aeroportundan Kiyevə uçuş həyata keçirməli olan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. Hadisədən üç gün sonra İran tərəfi təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.
Bu sahədə əksər mütəxəssislərin fikrincə kompensasiya məsələsində rəsmi Tehran azından 100 milyon dollar vəsait ödəməli olacaq. Hal-hazırda ağır maliyyə böhranı keçirən İran tərəfi ödənişlərin mümkün qədər azaldılması siyasətini yürüdür.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 530 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed