Şrift:
Ərdəbildə bildiriş vərəqələri paylanılıb: Azərbaycan nə istəyir?
17.01.2020 [20:00] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Ərdəbil şəhərində “Azərbaycan nə istəyir?” başlığı ilə yazılan minlərlə bildiriş vərəqəsi paylanılıb.
Güney Azərbaycan Milli Hərəkatının fəalların payladıqları vərəqələrdə İran adlı ölkədəki son durum, Güney Azərbaycana qarşı 41 ildir edilən ikiqat ayrı-seçkilik və türk xalqının istəyi məsələlərinə toxunulub. Bildiriş vərəqələrində həbsdə olan Güney Azərbaycan Milli Hərəkatının fəalları və qəhrəmanlarımıza işarə olunaraq onların hər birinin Azərbaycanın Qurtuluş davası uğrunda apardıqları mücadilənin birlikdən asılı olduğu vurğulanıb.
Bildirilib ki, türk milləti bu həssas şəraitdə ayıq-sayıq olmalı, xalqımıza qarşı tətbiq olunan və repressiyaya məruz qoyan cərəyanların sözdə demokratiya şüarlarına inanmamalıdır.
“Azərbaycan Türklərinin haqlı tələblərinin təmin olunması, Məşrutə dövrü, eləcə də ondan əvvəlki siyasi mövqeyimizə qayıtmaq üçün mütləq birlikdə olmalıyıq. Biz insani hüquqlarımızı əldə etmək üçün Abbas Lisani kimi milli fəallara dəstək verib, milli və fərdi hüquqlarımızı dərk edərək sistemli şəkildə Azərbaycan Milli Hərəkatının qanuni və hüquqi tələbləri uğrunda hərəkət etməliyik.”- deyə bildiriş vərəqənin sonunda vurğulanıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 282 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed