Şrift:
Milli fəal Əşkan Səadətmehri Urmuda molla rejiminin hücumuna məruz qalıb
17.01.2020 [20:29] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Urmu şəhərində “Güney Azərbaycan Milli Hərəkatı”nın sayğılı fəallarından biri olan Əşkan Səadətmehrin iş yeri mollakratiya rejiminin xüsusi cəza dəstəsinə məxsus mülki geyimli şəxslərin hücumuna məruz qalıb. Hadisə yanvarın 16-ı günorta saatılarında baş verib. Məlumata görə, fəal iş yerində olmadığı üçün onu saxlamaq mümkün olmayıb. Əşkan Səadətmehr bir müddət əvvəl təcridxanadan müvəqqəti olaraq zaminə buraxılıb. Milli fəal bundan öncə də Güney Azərbaycan milli davası adına demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb və həbs olunub.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 548 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed