Şrift:
Milli fəal Salar Tahir Əfşar yenidən məhkəmə qarşısında
17.01.2020 [20:36] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkədə 2019-cu il noyabr ayında mollakratiya rejiminin qərarı ilə benzinin və neft məhsullarının qiymətlərinin 3 dəfə (300 faiz) bahalaşması ilə əlaqədar keçirilən kütləvi etirazlar zamanı bütün şəhərlərdə, özəlliklə də Güney Azərbaycan bir sıra iri şəhərlərində çox sayda etirazçı insanlar təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldı.
Eləcə də Urmuda saxlanılan soydaşlarımız arasında Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınan Salar Tahir Əfşar da olub. O, yanvarın 15-də molla rejiminin Cinayət Məhkəməsinin 101-ci şöbəsinə çağırılıb. Çağırış vərəqəsində milli fəalın “qanunsuz yığıncaqlara qatılmaq, virtual məkanda müəyyən filmlər yaymaq, yanacaqdoldurma məntəqəsini dağıtmaq, etirazlara çağırış etmək və şüar səsləndirmək yolu ilə ümumi nizam-intizam və ictimai asayişi pozmaq” ittihamı ilə üzləşdiyi qeyd olunub. Təhlükəsizlik qüvvələri milli fəalı saxlamaq üçün onun ata evi və digər yaxınlarının evinə hücum çəkdikdən sonra, onu 2019-cu il noyabrın 18-də Urmunun “9 Pillə” məhəlləsində yerləşən Ettelaat Şöbəsinə müraciət edib. O, iki gün saxlandıqdan sonra məhkəməyə göndərilib. Təyin olunmuş 100 milyon tümənlik mülki vəsiqəni təmin etdikdən sonra sərbəst buraxılan milli fəal məhkəmə binasından çıxarkən “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra 5 gün “Sepah”ın təcridxanası, 3 gün də Urmunun mərkəzi müvəqqəti saxlanma təcridxanasında saxlanılıb, sonda isə müvəqqəti olaraq sərbəst buraxılmışdır. Salar Tahir Əfşar Urmiya “Sepah”ının kəşfiyyat bölümünün təcridxanasında saxlandığı zaman qanunsuz təşkilat yaratmaqda şübhəli bilindiyi bildirilmişdir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 493 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed