Şrift:
Milli fəal Əli Əzizi molla rejiminin təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb
17.01.2020 [20:41] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınan və Urmu şəhərində yaşayan Əli Əzizinin iş yeri molla rejiminin xüsusi cəza dəstələrinə bağlı təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. Hadisə yanvarın 16-da baş verib. Məlumata görə, fəal iş yerində olmadığı üçün onu saxlamaq mümkün olmayıb.
Əli Əzizi İranda 2019-cu il noyabr ayında molla rejiminin qərarı ilə benzin və neft məhsullarının 3 dəfə (300 faiz) artırılmasına qarşı keçirilən kütləvi etirazlarla əlaqədar saxlanmışdır. Sonradan o, müvəqqəti olaraq zaminə buraxılıb. Adını çəkdiyimiz milli fəal bundan əvvəl də Azərbaycan Milli Davasının demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb və həbs olunub.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 546 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed