Şrift:
Paniranistlərdən yeni rəzalət
17.01.2020 [20:47] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkəni 41 ildir idarə edən mollakratiya rejiminin silahlı və terrorçu birliklərinin gerçək siması sayılan “Sepah” generalı Güney Azərbaycanın başkəndi Təbrizdə hər bir evin üstündə məcburi olaraq İran bayrağının olmasını gündəmə gətiribdir.
Belə ki, Güney Azərbaycanda müstəqillik ideyasının genişləndiyi bir vaxtda “Sepah” generallarından biri İzzətulla Cəfəri Təbrizdə ev və rəsmi orqanların binası üstündə İran bayrağının olmasını tələb edib. İranın Müqəddəs Müdafiəsi Dəyər və Əsərlərinin Qorunması Fondunun rəis müşaviri bu barədə “Defa Press” agentliyinə danışıb.
“Bizim kütləvi informasiya vasitələrimiz bu günədək dini məsələlər üzərində işləyib. Hesab eliyirəm ki, bundan sonra vətənsevərlik mövzusuna diqqət yetirilməlidir.”- deyə o bildirib. “Sepah” generalı sözlərinin davamında deyib: “Türkiyədə əksər ev və rəsmi orqanların binası üzərində Türkiyə bayrağı var. Biz də bunu etməliyik. Bu layihənin Güney Azərbaycanda həyata keçməsi üçün Təbriz Bələdiyyə İdarəsi ev və obyektlərə lisenziya verməsi üçün İran bayrağının asılmasını şərt kimi qoymalıdır.”
Qeyd edək ki, Güney Azərbaycanda son illərdə doğma Azərbaycanın müstəqillik ideyası əhali arasında geniş yayılıb. Molla rejiminin Güney Azərbaycan və türk kimlik və mədəniyyətinə qarşı qərəzli mövqeyi və tətbiq etdiyi qadağalar bu prosesi daha da sürətləndirib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 286 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed