Şrift:
Fərəc Quliyev:Hökumətə təkrar sorğu, Manatın kursu, Sosial vəziyyət və s...
18.01.2020 [15:06] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2015-2019-cu illər ərzində Milli Məclisin 115 iclasının 71-ində 177 təklif ilə çıxış edib. Həmin təklifləri hissə-hissə təqdim edirik.

11-ci hissə

51.Hökumətə təkrar sorğu- tövsiyələr həyata keçiriləcəkmi? (08.12.2016)

Artıq həssaslıq artıb və hökumət vəziyyətin ağırlığını anlayıb, real islahatlara getməlidir
Dünya Bankı da makroqitisadi sabitliyin təmin olunması məqsədilə islahatların aparılması zamanı Azərbaycan hökumətinə əhalinin həssas təbəqələrinə qarşı diqqəli olmağı tövsiyyə edib. Azərbaycan hökumətinə 5 bənddən ibarət tövsiyyələr verilib. Növbəti iıdə tövsiyələr həyata keçiriləcəkmi?

52.Manatın kursunun saxlanması ilə bağlı təkrar sorğu: (08.12.2016)

Ölkənin valyuta ehtiyatları manatın kursunun saxlanmasına sərf olunur ki, bu da ölkə iqtisadiyyatına çox ciddi zərbə vurur. Bu məncə itirilmlş vəsaitdir . Bu yanlış yanaşmanın nəticəsidir ki,
Ötən ilin analoji dövrü ilə müqayisədə isə Azərbaycan Mərkəzi Bangınin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 35,78% və ya 2 mlrd. 234,6 mln. dollar azalma olub.
Pul siyasətinə iqtisadiyatda baş verən proseslər müstəvisində yenidən baxmaq vacibdir.

53.Sosial vəziyyəti pis olan təbəqəyə yeni əmsalla vergi tətbiq etmək olmaz: (16.12.2016)

220.10-cu maddədə bir kateqoriya müəyyənləşdirilibdir və göstərilir ki, bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir. Mən burada dördüncü kateqoriyaya toxunmaq istəyirəm. Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban və sair. Buraya xəstələrə və qocalara qulluq edənlər, evlərdə xidmət edənlər salınıbdır, misallar da var, 10 manat müəyyənləşdirilib, ancaq Bakıda xidmət edənlər 20 manat ödəməlidirlər. Bu adamlar orada nə qədər məvacib alırlar ki? Biz deyirik ki, yaşayış minimumunu 116 manat müəyyənləşdiririk, bir ailədə 3 nəfər olarsa, 400 manata qədər pul almalıdırlar ki, acından ölməsinlər və bir nəfər gedib işləyirsə, təmizlik ilə məşğul olursa, ona bunun tətbiq olunması nə qədər doğru bir məsələdir? Ya dövlət o yaşayış minimumuna uyğun olaraq o 3 nəfərin 400 manatını hansısa formada təmin etməlidir, ya da arayış götürməlidir ki, bu 3 nəfər 400 manatdan artıq vəsait alırsa, o 10 manatdan tutulmuş əmsala vurulub həmin vəsait ondan alınsın. Bizim məqsədimiz insanların, əsasən də, sosial vəziyyəti pis olan aşağı təbəqənin vəziyyətini yaxşılaşdırmaqdır, cənab Prezidentin qoyduğu istiqamətlər də buna xidmət edir.
Mən bu qanunda xeyli mütərəqqi məsələlərlə də tanış oldum. Deyək ki, üçillik imkan veriblər, vergidən azad olunmalar var və sair. Amma bu kateqoriyalı insanları biz nəzarətə götürməkdən, onlara kömək etməkdənsə, hələ bu qədər yükləyirik. Bu insanlar dilənmirlər, şərəfləri, ləyaqətləri buna imkan vermir, gedib bu işlə məşğul olurlar. Məncə, buna vergi tətbiq etmək doğru deyil və bu bölümün, ümumiyyətlə, çıxarılmasını təklif edirəm.

54.Nağd qaydada bank hesabından pul çıxarılmya görə vergi tutma doğru deyil: (16.12.2016)

Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. Biz banklarda əmanətlərin saxlanmasını motivasiya edən yerlər, qaydalar axtarırıq. Bu tərəfdən də əgər nağd vəsaiti oradan çıxartmağa bir faiz vergi tətbiq ediriksə, əmanətlərini, pullarını banklarda saxlamamaq haqqında düşüncə daha çox olacaqdır. Məncə, bu da doğru bir şey deyil.

55.Sahibkarların qarşısına səddin çəkilməsi qəbuledilməzdir: (16.12.2016)

12.3-cü maddədə vergitutma obyektləri haqqında bir yeni anlayış müəyyənləşdirilib, sonra da həmin anlayış vergitutma obyekti kimi göstərilir. Bu, ticarət əlavəsidir, yəni vergitutma obyektidir. Onun tərifinə baxanda görünür ki, ticarət əlavəsi malların ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti ilə malgöndərənlərə ödənilən malın alış qiyməti arasındakı fərqdir. Sahibkarlar, əsasən, buradan müəyyən qədər qazanırlar. Biz burada vergi obyektlərinə baxanda bir neçə vergi növü var idi, əlavə olaraq bunun da tətbiq olunması nəinki kiçik və orta sahibkarlara kömək etməkdir, əksinə, onların qarşısına yeni səddin çəkilməsi deməkdir. Çünki ölkənin kiçik təbəqələrini, bir neçə ailəni, ailə təsərrüfatlarını kiçik sahibkarlar əhatə edir, orta sahibkarlar da müəyyən qədər bir regionu əhatə edirlər. Böyük sahibkarlar isə dövlətin biznes tutumunu quran əsas qüvvələrdəndirlər. Məncə, bu özü də vergi yükünü bir daha ağırlaşdırmağa xidmət edən məsələdir. Hesab edirəm ki, bu məsələyə də yenidən baxmaq olar.
Bu xəbər oxucular tərəfindən 652 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed