Şrift:
Binəqədidə evdən 9 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
19.01.2020 [11:33] - Hadisə
Oğurluq etdiyinə görə tutulmuş V.Salamovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayondakı evlərin birindən 9 min manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyənləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, narkotik vasitə ilə tutulmuş K.Əsgərovun ətrafında Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində həmin şəxsin rayonda on evdən təmir-tikinti alətləri, məişət əşyaları, generator, elektrik naqili və elektrik avadanlıqları oğurlaması da müəyyən edilib.
Yanvarın 17-də Xətai rayonundakı marketlərin birində Bakı şəhər sakini Ş.Rəfiyevanın içərisində 300 manat pulu olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini T.Yusifzadə Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 139 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed