Şrift:
Azərbaycanda ötən il 9727 nəfər azadlığa buraxılıb
19.01.2020 [11:44] - Hüquq
Prezident İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının icrası çərçivəsində görülən tədbirlər öz real bəhrəsini verir. Bu barədə Ədliyyə Nazirliyində ilin yekunlarına dair keçirilən müşavirədə məlumat verilib. Məlumata görə, məhkəmələr tərəfindən azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinə daha çox üstünlük verilməsinin nəticəsidir ki, ötən il yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumların sayı əvvəlki illə müqayisədə 7,5 faiz artaraq 23 minə çatıb:
“Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin sayı isə 2018-ci illə müqayisədə 4,4 dəfədən çox artıb. Yerli probasiya qurumlarının qeydiyyatında olan 9.727 nəfər ötən il cəza müddətinin başa çatması, təyin olunmuş cəzanın tam icra olunması ilə əlaqədar və ya qanunla müəyyən edilmiş digər əsaslarla qeydiyyatdan çıxarılıb, cəzanın icrasından boyun qaçıran 728 məhkumun cəzası məhkəmələr tərəfindən digər cəza növü, o cümlədən 120 nəfərin cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib”.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 115 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed