Şrift:
Konqressmen Güney Azərbaycanla bağlı dedi: “Qətnamə layihəsi məqsədə doğru birinci addımdır”
18.09.2012 [10:38] - Gündəm, Müsahibə
ABŞ (Amerika Birləşmiş Ştatları) konqressmeni Dana Rohrabacher Güney Azərbaycanla bağlı “BBC Azərbaycanca”ya eksklüziv (ixtisasi) müsahibə verib.

“İranda azərbaycanlıların öz müqəddəratını təyin etmə hüqüqunun tanınmasna dair Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim etdiyim qətnamə layihəsi məqsədə doğru birinci addımdır”. Bunu ABŞ (Amerika Birləşmiş Ştatları) konqressmeni Dana Rohrabacher “BBC Azərbaycanca”ya eksklüziv (ixtisasi) müsahibəsində deyib.

H.CON.RES.137qətnamə layihəsi “Bölünnüş Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, ölkəsini seçmək hüququndan” bəhs edir.
Layihənin müəllifi, Nümayəndələr Palatasının xarici məsələlər və təhqiqatlar üzrə alt komitəsinin sədri Rohrabacher deyib: “Mənim əsas məqsədim bu ideyanı beynəlxalq müzakirəyə çıxarmaqdır. Biz onu qanun halına salmalı idik ki, həm Birləşmiş Ştatlarda, həm də dünyanın başqa yerlərində geniş debat (bəhs, münazirə) mövzusu aça bilək. .... Növbəti addım isə Konqresdə qətnamə layihəsi üzərində dinləməyə nail olmaq və qanunverici mərhələlər üzrə irəliləməkdir”.
Kaliforniyadan seçilmiş respublikaçı (cümhuriyyətçi) konqresmen iyul (July) ayında dövlət katibi Hillari Klintona məktubyazaraq Azərbaycan xalqının, öz razılığı olmadan 1828-ci ildə Rusiya və Fars imperiyaları arasında bölündüyünü bildirmişdi. Dövlət Departamenti (xarici işlər nazirliyi) məktubdan agah olduğunun və ölkələrin “ərazi bütövlüyünü dəstəklədiyini” elan etmişdi.

Referendum, milli kimlik, mədəni haqlar...

Dövlət Departamentinin cavabına reaksiya (əksüləməl) verən Rohrabacher bildirib ki, onun təşəbbüsü sərhəd dəyişikliyinin dəstəklənməsi anlamına gəlməməlidir. Sadəcə, o hesab edir ki, İranın Azərbaycan əyalətlərində yaşayan adamların ayrılmaq istədiyini bilib-bilməmək üçün referendum keçirilməlidir: “Mənim mesajım odur ki, azərbaycanlılarla dünyadakı bütün xalqlarla olduğu kimi davranılmalıdır. İlk növbədə onlara öz gələcəklərini müəyyənləşdrimək haqqı verilməlidir... Mən demirəm ki, bu gələcək konkret (müşəxxəs, dəqiq) harada olmalıdır, amma bir şeyə əminəm ki, o, mütləq seçki qutularında, özü də saxtalaşdırılmamış seçkinin nəticələri əsasında müəyyənləşməlidir. Bu insanlara milli kimliklərini, mədəni haqlaını müəyyənləşdirmək imkanı verməkdir. Azərbaycanlılar səs vermək, seçmək və gələcəklərini harada - İranda, Azərbaycanda, yoxsa tamamilə müstəqil bir ölkədə gördüklərini özləri müəyyənləşdirmək iqtidarında olmalıdırlar. Bu, onların təməl haqlarıdır və dünyadakı başqa xalqlar kimi, onların da bu bundan bəhrələnmək öz müqəddəratını təyin etmək hüququ var”.
O həmçinin yada salıb ki, əsasən etnik azərbaycanlıların yaşadığı İran əyalətləri Şərqi və Qərbi Azərbaycan adlanır. Bununla da Tehran hökuməti təsdiq edir ki, azərbaycanlıların vətəni bölünüb...

Məqsəd addım atmaqdır

“Bu qanun layihəsi əslində konkret bir məqsədə yönəlib - addım atmaq. Konqresdə müzakirələrin nəticəsindən asılı olmayaraq, bu bir tarixdir və hazırda baş vernələr də tarixə yazılır”, deyə konqresmen bildirib. Onun fikrincə, beynəlxalq ictimaiyyət bugünlərdə İran azərbaycanlılarının haqları uğrunda qızğın müzakirənin iştirakıçısı olub, münasibətini bildirəcək.

ABŞ-ın isyasəti

Konqresmen onun təşəbbüsünü tənqid edənlərə də mesaj ünvanlayıb. Belə ki, onu azərbaycanlıların məsələsini qabartmaqla ABŞ-İran və Bakı-Tehran münasbətlərini, eləcə də İrandakı azərbaycanlıları risk qarşısında qoymaqda ittiham edənlər var. Rohrabacher deyib ki, ABŞ-ın tarixi siyasəti xalqlara təcavüzün və onların hüquqlarının pozulmasının qarşısını almaqdan ibarət olub. “Mənim mesajım odur ki, xalqa xarici məcburiyyət olmadan, sülh və barış içində yaşayan millətlər birliyində öz statusunu seçmək imkanları verilməlidir”, - deyə o vurğulayıb.

Bakının mövqeyi

“BBC Azərbaycanca” konqresmendən qətnamə layihəsini ötən həftəsonu Bakıya səfərindən dərhal sonra irəli sürməsinin səbəblərini də soruşub. Belə ki, Azərbaycanın rəsmi siyasəti belə təşəbbüsü inkar edir.
Konqresmen Bakıdakı əhval-ruhiyyə ilə yaxından maraqlandığını deyib: “Bakıda insanlarla söhbətlərimiz əsasında Azərbaycan xalqının bu ideyaya müsbət yanaşdığının şahidi olduq. Onlar da İranda azərbaycanulıların gələcəyinin seçki ilə müəyyənləşməsinin vacibliyi düşüncəsidədirlər”.
Bu xəbər oxucular tərəfindən 1347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed