Şrift:
Azərbaycanda özəl sektorun ixracı 30% artıb
19.01.2020 [13:45] - İqtisadiyyat
2019-cu ildə Azərbaycanda özəl sektor tərəfindən 7 597 262,26 min ABŞ dolları həcmində ixrac əməliyyatları həyata keçirilib. Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, özəl sektorun ixrac əməliyyatlarının dəyəri 2018-ci illə müqayisədə 29,5% artıb. Beləliklə, ötən ildə ölkə üzrə cəmi ixracın 38,7%-ni özəl sektor əhatə edib ki, bu da 2018-ci illə müqayisədə 8,5 faiz bəndi çoxdur.
Həmçinin hesabat dövründə özəl sektor tərəfindən idxal illik 4,1% artaraq 2019-cu ildə 8 473 685,61 min dollara yüksəlib. Ölkə üzrə cəmi idxalda özəl sektorun payı isə 2018-ci ildəki 71%-dən ötən il 62%-ə enib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 88 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed