Şrift:
AŞPA nümayəndə heyəti seçkiqabağı vəziyyəti öyrənmək üçün Azərbaycana gələcək
19.01.2020 [14:57] - Siyasət
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində seçki kampaniyası və siyasi mühiti qiymətləndirmək üçün Azərbaycana səfər edəcək.
Səfər yanvarın 22-23-də baş tutacaq. Səfər çərçivəsində nümayəndə heyəti Milli Məclisin Sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, parlament və parlamentdən kənar siyasi partiyaların rəhbərləri və nümayəndələri ilə görüşlər keçirəcək. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri və üzvləri, həmçinin media, vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyət nümayəndələri ilə də müzakirələr aparılacaq. Nümayəndə heyətinin səfərin sonunda bəyanat yayması gözlənilir.
Seçkiləri izləmək üçün isə nümayəndə heyətinin tam heyətlə fevralın 7-də Azərbaycana gəlməsi planlaşdırılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 344 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed