Şrift:
Güney Azərbaycanın Batı bölgələrində işsizlərin sayı kütləvi şəkildə artır
19.01.2020 [18:11] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Batı Əyaləti Kooperasiya, Əmək və Sosial Rifah İdarəsinin rəisi təmsil etdiyi əyalətdə ali təhsili olan təxminin 63 min nəfərin işsiz olduğunu bildirib. Bu barədə Rza Nağızadə “İsna” xəbər agentliyinə danışıb.
“Güney Azərbaycanın Batı Əyalətində 432 min 53 nəfər ali təhsilli insan var. Onlardan 62 min 517 nəfəri işsizdir”-deyə o bildirib.
Əyalətdə ali təhsilli gənclərin 209 min 269 nəfərinin daimi işlə təmin olunduğunu deyən Rza Nağızadə işsizlik göstəricisi ilə bağlı Batı Əyalətinin digər əyalətlərlə müqayisə edib. O qeyd edib ki, ölkədə ali təhsilli gənclərin işsizlik səviyyəsi 18.3 faizdir. Təəssüflər olsun ki, bu rəqəm Batı Əyalətində 23 faizdən ibarətdir. Bu o deməkdir ki, əyalətimizdə işsizlik səviyyəsi ölkənin digər əyalətlərindən daha yüksəkdir.
Batı Əyaləti Kooperasiya, Əmək və Sosial Rifah İdarəsi rəisinin sözlərinə görə, ötən il İranda bütün katiqoriyalar üzrə işsizlik səviyyəsi 1.1 faiz aşağı düşüb. Lakin bu rəqəm Qərbi Azərbaycanda 0.3 faiz artım göstərir.
Qeyd edək ki, Güney Azərbaycanın Şərq Əyalətinin Kooperasiya, Əmək və Sosial Rifah İdarəsinin rəisi Əhəd Hüseyni hər il təxminən 200 min nəfərin işsizlikdən Şərqi Azərbaycandan digər əyalətlərə köçdüyünü qeyd etmişdir.
İran adlı ölkəni 41 ildir idarə edən Tehran mərkəzli mollakratiya rejimi Güney Azərbaycana qarşı tətbiq etdiyi ayrı-seçkilik siyasəti və bölgəyə sərmayə yatırılmaması yaşanan işsizlik probleminin əsas səbəbidir. Bu problem Güney Azərbaycanın bütün əyalətlərində getdikcə dərinləşir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 203 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed