Şrift:
Təbrizdə divarlara həbsdəki milli fəallara dəstək posterləri vurulub
19.01.2020 [18:25] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının fəalı olan siyasi məhbuslara dəstək olmaq üçün başkənd Təbrizin bütün keçələrində, meydanlarında və xiyabanlarında divarlara minlərlə etiraz posteri yapışdırıblar. Həmin posterlərdə hazırda saxta ittihamlarla məhkumluq həyatı yaşamağa məcbur olan 22 milli fəalın şəkli ilə yanaşı, türk dilində “niyə azadlığa çalışanlar zindan çəkirlər” cümləsi də əks olunub.
Qeyd edək ki, həbsxanada və ya sürgündə olan, eləcə də İran adlı ölkəni idarə edən molla rejimi tərəfindən istintaqa cəlb edilərək dindirilən milli fəallardan bəzilərinin adları aşağıdakı kimidir:
1) Doktor Lətif Həsəni
2) Abbas Lisani
3) Saleh Molla Abbasi
4) Rəhim Qulami
5) Siyamək Mirzayi
6) Əkbər Mühaciri
7) Məhəmməd Mahmudi
8) Əlirza Fərşi
9) Şahin Bərzgər
10) İbrahim Nuri
11) Mehdi Kuxiyan
12) Səhənd Məali
13) Cəfər Rüstəmi
14) Yusif Kari
15) Eyyub Şiri
16) Davud Şiri
17) Nasir Xulusi
18) Kiyanuş Aslani
19) Murtuza Şükrü
20) Babək Hüseyni Müqəddəm
21) Tövhid Əmirəmini
22) Əmir Səttari
23) Hüccət İmami
24) Yaşar Piri
25) Ruzbeh Piri
26) Kazım Səfabəxş
27) Yusif Rəzəvi
28) Məhərrəm Vəlipur
29) Cəlil Məhəmmədi Müqəddəm
30) Səccad Şəhiri
31) Həkimə Əhmədi
32) Müjqan Siyami
33) Zeynəb Həmrəng

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 309 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed