Şrift:
Milli fəal Zeynəb Həmrəng Tehranda tutuqlandı
19.01.2020 [18:59] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri və maarifçi fəaliyyəti ilə çox sevilən üzvü Zeynəb Həmrəng İran adlı ölkənin başkəndi Tehranda rejimin xüsusi cəza dəstəsi kiimi bilinən hlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Belə ki,
yanvarın 14-də milli fəalın Tehrandakı mənzilinə hücum çəkib, evdə axtarış aparan təhlükəsizlik qüvvələri əməkdaşları xanım Zeynəb Həmrəngi qızı ilə birlikdə həbs ediblər. Eləcə də, onlar milli fəala məxsus bir sıra şəxsi əşyaları da müsadirə ediblər.
Qızı həmin gün axşam sərbəst buraxılsa da, Zeynəb Xanım hələ də həbsdə saxlanılır. Hələ ki, milli fəalın hansı səbəbdən tutulması ilə bağlı məlumat yoxdur.
Onu da qeyd etmək lazımdır ki, son vaxtlar 15 milyonluq Tehran əhalisinin orta hesabla 8 milyon nəfərinin türk olması rejim tərəfindən diqqətlə təqib edilməkdədir. Çünki, Güney Azərbaycan Milli Hərəkatının ulusalçı davasının mərkəzi tədricən Tehranda formalaşmaqdadır. Bu da molla rejimini və eləcə də onun ideoloji tribunası olan farsçılıq düzəninin məhvi deməkdir. Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı təzyiqlər də məhz buna görə artmaqdadır. Milli fəallara olan hücumlar beləcə artmaqda və onları həbsxanalara salmaq, orada işgəncələr verməklə molla rejimi sanki vaxt qazanmağa çalışır. Digər tərəfdən, ötən həftə rejimin təhlükəsizlik qüvvələri Tehranda türkcə kitablar nəşr edən “Əndişe-yi no” və “Təkderəxt” nəşr müəssisələrini bağlayıblar. Tehranda bu iki müəssisədən başqa heç bir türkcə kitab nəşr edən mərkəz mövcud deyil.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 309 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed