Şrift:
Səhiyyə Nazirliyi: Sumqayıtda baş vermiş yanğın zamanı 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb
18.09.2012 [10:46] - Köşə yazarları, Hadisə
Sumqayıtdakı Səthi Yuyucu Vasitələri Zavodunda baş verən partlayış nəticəsində iki nəfər ölüb, 10 nəfər isə ağır yaralanıb. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, xəsarət alanların hamısı hadisə yerinə gələn FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarıdır. Onlardan bir neçəsi evə buraxılıb.
Ölənlərin şəxsiyyəti isə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən müəyyənləşdirilir.
Sumqayıtda baş vermiş yanğın söndürülüb. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Sumqayıtda baş vermiş yanğında ölən insanın adı açıqlanıb. Trend-in hadisə yerində olan müxbirinin məlumatına əsasən, ölənin adı Elman Səfərovdur. Hal-hazırda onun zavodun əməkdaşı və ya yanğınsöndürən olması dəqiqləşdirilməyib.
Sumqayıtda baş vermiş yanğın hələ də söndürülməyib. Bu barədə Trend-in hadisə yerində olan müxbiri məlumat verib. Zavodun ərazisində saxlanılan oddan təhlükəli və tezalışan maddələr səbəbindən yanğın vaxtaşırı güclənir və alovu söndürmək hələ də mümkün olmur.
Sumqayıt ərazisində güclü partlayış qeydə alınıb.
Hüquq-mühafizə orqanlarındakı mənbədən Trend-ə bildiriblər ki, birinci partlayış Sumqayıt ərazisindəki taxta sexində baş verib, sonra ikinci partlayış sexə yaxın iki neft çənində qeydə alınıb.
Qeyri-rəsmi məlumata görə, partlayış nəticəsində ölən və xəsarət alanlar var.
Ölən və xəsarət alanlar barədə rəsmi məlumat verilmir.
Şahidlərin verdiyi məlumata görə, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerinə gəlib.
Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğının söndürülməsinə iki helikopter cəlb olunsa da, texniki və təhlükəsizlik baxımından helikopterlər hadisə zonasına buraxılmayıb. Buna səbəb alovun yüksəkliyə vurmasıdır.
İlkin məlumata görə, hadisə zamanı 6 nəfər ölüb.
Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, alov nisbətən səngidiyindən, helikopterlər havaya qalxaraq yanğının söndürülməsinə başlayıblar.
Məlumata görə, xəsarət alanların əksəriyyəti hadisə yerinə gələn FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarıdır.
Hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb edilib.
Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə zamanı zavodun içərisində nə qədər insanın ölməsi və ya xəsarət alması barədə hələ ki dəqiq məlumat yoxdur.
Sumqayıt şəhər İcra Hakimiyyətindən Trend-ə bildiriblər ki, yanğın "Səthi Yuyucu Vasitələri Zavodu" MMC-də baş verib.
Məlumata görə, müəssisə özəldir.
Bu xəbər oxucular tərəfindən 680 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed