19.01.2020 [21:08] - Gündəm
Son zamanlar bizim gənc qızların sosial şəbəkə səhifələrində bu cür paylaşımlarını oxumaq olar: “Mən güclü qadınam”, “Mən hər şeyi bacaracam”, “Qadın olmaq güclü olmaqdır”, “Qadına hörmət olunmalıdır” və sairə. Bu cür yazılarda görmək olar ki, qızlar öz qadın təbiətlərindən keçmək istəyib kişi təbiətinin güclü, mübariz xüsusiyyətlərini mənimsəməyə çalışırlar və hörmət tələb edirlər.
İnsan oğlu var olduğu gündən qadın həmişə zəriflik, gözəllik və sevgi simvolu olub, fəqət heç vaxt güc, aqressiya şəkilində təsvir olunmayıb, çünki bunlar kişi təbiətidir. Bu gün bizim qızlar kişiyə xas xüsusiyyətləri mənimsəməyə çalışaraq həm təbiətin qanununa qarşı çıxırlar, həm də bizim qadına qarşı əsrlər boyu formalaşmış mentalitetlə mübarizə aparmağa çalışırlar. Bu mübarizədə qələbə qazanmaq üçün güclü görsənməyə çalışırlar. Ancaq təbiətin qanununa qarşı çıxan və öz təbiətindən imtina edən məğlubiyyətə məhkumdur.
Bəs niyə qadın olmaq qızlarda natamamlıq hissi yaradır? Qızlar öz qadın xüsusiyyətlərini rədd edib, özlərini güclu, mübariz göstərmək istəyərək öz natamamlıq komplekslərini kompensasiya etməyə çalışırlar. Niyə kişi təbiətini mənimsəməyə çalışırlar? Çünki həmişə hörmətli və öndə olan yalnız atalarını görürlər. Ailədə, cəmiyyətdə ikincidərəcəli olan analarına oxşamaq istəmirlər. Bu cəmiyyət qadına layiqincə dəyər verməyib. Və əgər bir gün əsrlərdir formalaşmış, böyük dərinliyə kök atmış mentalitet, qadınlara qarışı ikincidərəcəli yanaşma deyişərsə, qızlar öz zərif qadın təbiətini rədd etmək istəməyəcəklər. Çünki hər varlıq yalnız öz təbiətində qalaraq xöşbəxt ola bilər.
Ötən həftə ictimai nəqliyyatda qarşımda oturan 50-55 yaş arası kişi yanında oturana belə dedi: “Bizim qadınlar çox axmaq və biliksizdirlər.” Burada sual doğur, bizim qadınlar, analarımız, nənələrimiz bilikli olmaları üçün nə gördülər? Həyatları yalnız ailə ilə çərçivələndi. 15-16 yaşına kimi ata evində “qonaq oldular”, sonra isə özlərini yetişdirməyə çatdırmamış ailə qurdular.
Orta yaşa dolub məktəb uşağı ilə bəy-gəlin masasına oturdunuz və evləndiyiniz o qız uşağının biliksizliyindən narazı qalmağa özünüzdə haqq da tapırsınız. Qadınlarınıza həmişə yuxarıdan aşağı baxdınız. Hiss etdirdiniz ki, onlar dünya görüşlü deyillər, formalaşmayıblar.
Ziyalımız da, cahilimiz də eyni baxış acısından yanaşdı qadına. Bizim cəmiyyət qadını şəxs görmək istəmədi. Onu yalnız nəsil artıran və övlad böyüdən gördünüz. Bu baxış bucağı hələ də aktuallığını qorumaqdadır.
Əri tərəfindən incidilən bir qadından, niyə ayrılmırsınız, deyə soruşanda kövrəlmiş bir səslə dedi: “Gecdir. O mənim uşağımın atasıdır”. Ailəni dağıtmamaq üçün zalım ərin yanında ömür başa vurmaq, anasının xöşbəxt olmadığını görən uşaq böyütmək – bu düşüncəyə siz “ailə dəyərləri” adını qoydunuz. Sizdən asılı olduqlarını bildiyiniz üçün səbəbli-səbəbsiz üzlərinə bağırdınız. Sizə cavab qaytara bilməyəcəklərini bilərək özünüzü təsdiq etmək üçün əl qaldırdınız. Bu halı görən oğlan uşağı gələcəkdə öz xanımına qarşı atasının anasına olan rəftarını təkrarlayacaq, çünki başqa nümünəsi yoxdur. Bunu görən qız övladı isə anasına bənzəmək istəməyəcək. Qadınlarımız həyatı evlərinin pəncərələrindən izlədilər.Nə gördülər?
Bu gün həyata keçirilən layihələr, təlimlər bu problemin səthi düzəlişinə yönəlib, kökə isə toxunulmur. Hələ ki həllini tapmamış bu problemin səbəbini savadsızlıqla əlaqələndirirlər, mən isə ilk öncə insani sevginin, empati duyğunun az olmasında, sosial intelektin inkişaf etməməsində görürəm.
Şənhəyat Elmanqızı

Bu xəbər oxucular tərəfindən 859 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |