Şrift:
Badminton üzrə paytaxt birinciliyinə yekun vurulub
21.01.2020 [16:30] - İdman
Bakıda 2010-cu il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında badminton üzrə paytaxt birinciliyinə yekun vurulub. Yarışda 32 oğlan və 16 qız iştirak edib.
Oğlanların şəxsi yarışında Anar Hüseynov, qızlarda isə Nəzrin Mehrəlizadə birinci olublar. Qoşa yarışlarda A.Hüseynov-Vüsal Məmmədli və N.Mehrəlizadə-Leyla Camalzadə tandemi rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qarışıq-qoşa yarışlarda A.Hüseynov-Zeynəb Mirzəli cütü qalib gəlib.
Mükafatçılar diplom, medal və hədiyyələrlə təltif olunublar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 98 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed