Şrift:
DİN: Ötən gün axtarışda olan 13 nəfər saxlanılıb
21.01.2020 [16:44] - Hadisə
Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 26 cinayətin üstünü “isti izlər”lə açıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan yeddi nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında baş vermiş dörd ağır yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 95 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed