Şrift:
Qəbələdə adı “Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
21.01.2020 [16:48] - Hadisə
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında rayonun Vəndam qəsəbəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakini Hacıömər Abbasovun idarə etdiyi “İveco” markalı yük avtomobili saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildiriblər ki, avtomobilin yük yerinə baxış keçirilən zaman oradan adı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən iki baş maral aşkar edilib. Sürücü H.Abbasov şübhəli şəxs qismində saxlanılıb. O, ifadəsində həmin maralları Zaqataladan Qəbələ rayonuna satmaq məqsədilə gətirdiyini bildirib.
Polis əməkdaşları tərəfindən həmin marallar Şahdağ Milli Parkına təhvil verilib.
Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 376 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed