Şrift:
Şəmkirli gənclər də “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
21.01.2020 [17:58] - Gənclik
Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunmasından ilhamlanan Azərbaycan gənclərinin həyata keçirdiyi “Könüllü qonaq” təşəbbüsünə şəmkirli gənclər də qoşulublar.
Gənclərin İnkişaf və Karyera Mərkəzindən bildiriblər ki, xüsusi qayğıya ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkən gənclər təmizlik işləri aparıb, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradıblar. Gənclər ev sahibləri ilə xoş və maraqlı vaxt keçiriblər. Onlar digər şəhər və kəndlərdə yaşayan gəncləri də bu nəcib təşəbbüsə (#könüllüqonaq) qoşulmağa çağırıblar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed