Şrift:
Marneulinin 13 ictimai məktəbi müəllim vəzifəsində 17 vakansiya elan edib
21.01.2020 [19:29] - Borçalı
Marneuli bələdiyyəsinin 13- ictimai məktəbi müəllim vəzifəsinə 17 vakansiya elan edib. Vakansiyalarda Marneuli bələdiyyəsinin İlməzli, Tsereteli, Əzizkənd, Araflı, Kəpənəkçi, Şulaveri N2, Güllübağ, Keşəli, Tserakvi, Qızılhacılı N1, Şaumiani N1, Marneuli şəhərinin N2 və N6 ictimai məktəblərinə müəllim axtarılır. Demək olar ki, əsasən gürcü dili ikinci dil kimi fənn müəllimlərinə və xüsusi müəllimlərə tələbat var. Daha sonrakı yerlərdə isə riyaziyyat, kimya, fizika, bədən tərbiyəsi, idman, təsviri və tətbiqi incəsənət fənləri gəlir. Elan olunan vakansiyalardan bəzilərində ərizələrin son qəbul vaxtı 21 yanvar tarixinədir.
Qeyd edək ki, Marneuli bələdiyyə miqyasında cəmi 3000-ə yaxın müəllim var, bunun 573 nəfəri sertifikata malikdir. “Marneuli” radiosuna yerli Təhsil Resurs Mərkəzin rəhbəri Kənan Ömərovun bildirdiyinə görə, ictimai məktəblərdə cəmi 536 baş, 32 aparıcı və 5 mentor müəllim var. Müəllim olmaq istəyənlər vakansiyaları qeyd olunan veb-səhifədən izləyə bilərlər: - http://teacherjobs.ge

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 75 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed