Şrift:
NATO Gürcüstanda hərbi kontingent yerləşdirmək niyyətindədir
21.01.2020 [20:38] - Siyasət
NATO bu il Gürcüstanda hərbi kontingent yerləşdirmək niyyətindədir. Beklə ki, hərbi qüvvələrin 2020-ci ildə həyata keçiriləcək “Avropanın müdafiəçisi – 2020” təlim layihəsi çərçivəsində Gürcüstana gətiriləcəyi gözlənilir. Məlumata görə, layihə çərçivəsində NATO Gürcüstandan əlavə, Baltikyanı ölkələrə, Almaniya və Polşaya da hərbi qüvvələr yerləşdirəcək. Qeyd edilir ki, təlimlər NATO-nun hərbi gücünün yoxlanılması məqsədi daşıyır. Təlimlərlə əlaqədar ABŞ Avropaya 20 min hərbiçi göndərəcək. Bu ABŞ-ın son 25 ildə Avropa ölkələrinə göndərdiyi sayca ən böyük qüvvə olacaq. Ən böyük kontingentin isə Polşa ərazisində yerləşdiriləcəyi bildirilir. Ümumilikdə “Avropanın müdafiəçisi – 2020” hərbi təlimlərində 18 ölkədən 37 min hərbi qulluqçunun iştirakı gözlənilir.
Hərbi qulluqçuların və ağır texnikanın yerləşdirilməsinə fevral ayından başlanılacaq.
Təlimlər isə 2020-ci ilin iyun ayında baş tutacaq.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 247 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed