Şrift:
MSK sədrindən şok təklif: Seçki zərfləri ləğv olunsun.
21.01.2020 [20:50] - Xəbərlər
"Biometrik şəxsiyyət vəsiqələrinin seçkidə istifadəsinə keçid edilsin, səsvermə zərfləri ləğv olunsun". Bu sözləri Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Sədi Güvən səsləndirib.
Səlahiyyət müddəti 24 yanvarda başa çatacaq sədr Mərkəzi Seçki Komissiyasını Türkiyədə demokratiyanın təsis edildiyi yer adlandırıb: "Seçkilər nə qədər müzakirə edilirsə-edilsin, dünyanın ən yaxşılarından biriyik. Buna görə də biometrik şəxsiyyət vəsiqələrindən istifadəyə keçməliyik. MSK buna hazırdır. Səs verməyə gələn şəxs vəsiqəsini göstərdikdə kompüterlə kimin səs verməyə gəldiyinə müşahidəçilərin, seçki komissiyası üzvlərinin və vətəndaşların nəzarət etmə imkanı olacaq".
Sədr zərflərin ləğv olunmasını tövsiyə edib: "Dünyanın bir çox ölkəsində bu tətbiq ləğv olunub. Qanuni dəyişikliklə qutuların içərisi görünməyəcək formaya gətirilməsi şərtilə zərflərin ləğv edilməsi lazımdır. Beləliklə, zərflərdən dolayı səslərin ləğv olunması problemi aradan qalxar".
Qeyd edək ki, Sədi Güvənin sədrlik dövründə Türkiyədə 2 prezident, 3 parlament, 1 referendum, 2 yerli idarəetmə seçkiləri keçirilib.

DAVAM.AZ
“Ankara Bürosu” (Türkiyə)
Bu xəbər oxucular tərəfindən 282 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed