Şrift:
Tehran mərkəzli antitürk rejimin yaratdığı sosial problemlər daha da dərinləşir
21.01.2020 [21:26] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanda ictimai problemlər getdikcə daha da geniş miqyas almaqdadır. Demək olar ki, əksər əyalətlərdə nikah və doğum azalır, boşanma və ölüm halları isə artır. Nikahların sayının kəskin azaldığı şəhərlərdən biri də Ərdəbil Əyalətinin Muğan bölgəsinin Biləsuvar şəhəridir. Lakin bu şəhərdə boşanma hallarının da azaldığı bildirilir. Bu barədə Biləsuvar Şəhər İcra Hakimiyyətinin başçısının ictimai-siyasi məsələlər üzrə müavini Məhəmməd Əlizadə açıqlamasında hər şeyi etiraf edibdir.
Əhaliyə yeni milli kartların (vəsiqə) verilməsindən danışan M.Əlizadə cari ildə Biləsuvarda 270 nikahın qeydə alındığını bildirib. Bu rəqəm ötən illə müqayisədə 14 faiz azalma göstərir.
Onun sözlərinə görə, şəhərdə ötən ilə nisbətən doğum azalıb, ölüm halları isə artıb.
“Bu il Biləsuvarda 465 doğum, 163 ölüm faktı qeydə alınıb. Bu rəqəmlər ötən illə müqayisədə doğum hallarının 19 faiz azaldığını, ölüm hallarının isə 16 faiz artdığını göstərir.”- deyə M.Əlizadə bildirib.
İşsizlik, yoxsulluq və narkomaniyanın geniş yayılması Güney Azərbaycanın bütün əyalətlərində nikah sayının azalması və boşanma hallarının artmasına səbəb olub. Bundan əlavə, bir çox ailə ölkədə hökm sürən ağır iqtisadi duruma görə dünyaya övlad gətirmək istəmir. Bütün bunlar əhalinin təbii artım səviyyəsinə mənfi təsir göstərir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 315 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed